Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-643/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-633/2021 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə iddiaçı Tələbkar ASC-nin ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Tələbkar ASC-nin cavabdehlər Borclu və X1 qarşı iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-633/2021 saylı qətnaməsi ilə, iddia təmin edilmiş; cavabdehlər Borclu və X1 3772.36 manat əsas borc, 5.07 manat faiz borcu, 0 manat dəbbə borcu, cəmi 3777.43 (üç min yeddi yüz yetmiş yeddi manat qırx üç qəpik) manat məbləğində kredit borcu müştərək qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Borclu və X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda yuxarıda qeyd edilən iş üzrə icra sənədi üzrə Tələbkar ASC ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-633/2021 saylı qətnaməsinin icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ASC iddia ərizəsində göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-633/2021 saylı qətnaməsinə əsasən, cavabdehlər Borclu və X2 3772,36 manat əsas borc, 5,07 manat faiz borcu, 0 manat dəbbə borcu, cəmi 3777,43 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Məlumat üçün bildiririk ki, cavabdehlər, Borclu və X4 ilə borcun ödənilməsinə dair Tələbkar ASC-nin Problemli Aktivlər üzrə Komitənin İclasının 13022025PAK 049 saylı protokoluna əsasən razılaşma bağlanılmışdır. Razılaşma əldə olunması səbəbindən, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq icra işi üzrə görülmüş icra tədbirlərinin ləğv edilməsi, icra işinin icra olunmadan məhkəməyə geri qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli məktubla müraciət olunmuş, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən icra sənədi Şəmkir rayon məhkəməsinə qaytarılmışdır. Cavabdehlər tərəfindən razılaşmanın şərtlərinə əməl edilməməsini, ödənişlərin olunmamasını nəzərə alaraq, Şəmkir rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-633/2021 saylı qətnaməsinin icrasının davam etdirilməsi məqsədi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə göstəriş verməyinizi xahiş edirlər. Tələbkar ASC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tələbkarın ərizəsini, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə Tələbkar ASC şöbəyə ərizə ilə müraciətə edərək icra sənədinin məhkəməyə qayatarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli qərarına əsasən icra sənədi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Göründüyü kimi, tələbin icraçısı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ünvanlayaraq borclularla razılaşmasını bildirmişdir. Sonra həmin razılaşma əsasında Şəmkir Rayon İcra və X7 Rayon Məhkəməsinin 2(076)-663/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsini Şəmkir Rayon Məhkəməsinə qaytarmışdır. Hazırda isə tələbkar bildirir ki, borclular razılaşmanın şərtlərini yerinə yetirməmişlər və bu səbəbdən icra sənədinin təkrar icraya yönəldilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 15.2–ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İcra Haqqında Qanununun 2.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(076)-633/2021 saylı icra sənədi üzrə tələbkarın ərizəsi təmin edilməli, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-633/2021 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldi: Ərizə təmin edilsin. İddiaçı Tələbkar ASC-nin cavabdehlər Borclu və X3 qarşı iddiasına dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-633/2021 icra sənədi icra edilməsi üçün yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-643/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-643/2025
06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver