Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-644/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6034/2017 saylı icra sənədi üzrə Borclu “Məcburi gətirilməsinə dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6034/2017 saylı icra sənədinə əsasən borclu X1 3280 (üç min iki yüz səksən) manat pul, 1 ədəd OTT-5 toxum təmizləyən alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu X3 dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi borclu X2 Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Borclu izahatında bildirdi ki, İcra məmuru tərəfindən ona heç bir məlumat və xəbərdarlıq göndərilməmişdir. Məhkəmənin bildirişini aldıqdan sonra dərhal gəlmişdir. Hazırda icra məmurunun təqdimatının təmin edilməsi zərurəti yoxdur və rədd edilməsini xahiş etdi. İş üzrə icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6034/2017 saylı icra sənədinə əsasən borclu X1 3280 (üç min iki yüz səksən) manat pul, 1 ədəd OTT-5 toxum təmizləyən alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5, Borclu, X8 və X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi kimi tanınmışlar və borclu qismində cəlb edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6034/2017 saylı icra sənədi üzrə özü könüllü şəkildə hazırki məhkəmə iclasına və Şəmkir Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bununla da borclunun məcburi gətirilməsinə zərurət aradan qalxmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Borclu məcburi gətirilməsi kimi məcburi icra tədbirinin tətbiqinə əsas ola biləcək hallar mövcud deyildir. Bu baxımdan Borclu məcburi gətirilməsi kimi məcburi icra tədbirinin tətbiqinə zərurət olmadığı müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsinə zərurət aradan qalxdığından, bununla bağlı icra məmurunun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPN-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-6034/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə zərurət aradan qalxdığından Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-644/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-644/2024
28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver