Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-651/2025 03.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Elşən təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4836/2017 saylı, xx.xx.2017-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başladığım Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)4836/2017 nömrəli, xx.xx.2017-cü il tarixli icra sənədinə icra sənədi üzrə borclular Borclu və X1 müştərək qaydada 2523.01 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2017-cü il tarixində Şəmkir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-4836/2017 saylı, xx.xx.2017-cü il tarixli məhkəmənin əmrinə əsasən borclu, xx.xx.1971-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan Borclu və xx.xx.1986-cı ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan borclu X1 müştərək qaydada 1512.6 manat əsas borc, 859.15 manat faiz borcu və 151.26 manat cərimə borcu olmaqla, cəmi 2523.01 (iki min beş yüz iyirmi üç manat bir qəpik) manat məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti-3, məhəllə-1033 ünvanında yerləşən kreditor Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu və X2 göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-4836/2017 saylı, xx.xx.2017-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4836/2017 saylı, xx.xx.2017-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1971-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-651/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-651/2025
03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver