Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-659/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Borclu iştirakı ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon 1 saylı Notariat ofisinin 8İ-6243/2024 saylı, xx.xx.2024-cü il tarixli sənədinə əsasən, Borclu 3840 manat pul və 25 manat dövlət rüsumu alınıb Tələbkar ASCyə ödənilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib onun adına Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli ümumi sahəsi 2.5458 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2024–cü il tarixli 8(076)-428/2024 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclun məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli ümumi sahəsi 2.5458 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2024–cü il tarixli 8(076)-428/2024 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Məhkəmə iclası zamanı Borclu təqdimatın təmin edilməsini xahiş etdi. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Tələbkar ASC tərəfindən, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Borclu icra sənədi üzrə borcunu tam yerinə yetirdiyindən tələbkar, borclunun barəsində olan işə xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontorunun 8İ-6243 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu adına Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qediyyat nömrəli, **********99 reyestr nömrəli ümumi sahəsi 2.5458 ha torpaq sahəsi həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu adına Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən ********** qediyyat nömrəli, **********99 reyestr nömrəli ümumi sahəsi 2.5458 ha torpaq sahəsi həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-659/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-659/2024
28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver