Məhkəmə qərarları › İş №8(076)-66/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-66/2024

09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-66/2024 09.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Borclu və Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyevin iştirakları ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-4773/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 müştərək qaydada 1848,57 manat pulun və 20 manat dövlət rüsumu alınıb iddiaçı Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar xx.xx.2017-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-279/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadı ilə Borclu məxsus olan «VAZ 21074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir rayon Məhkəməsinin 2(076)-4773/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu məxsus olan «VAZ 21074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edirəm. Qeyd olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, Borclu məxsus olan «VAZ 21074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev məhkəmə iclasında göstərmişdir ki, hazırda Şəmkir rayon Məhkəməsinin 2(076)-4773/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Odur ki, məhkəmədən təqdimatın təmin edilərək Borclu məxsus «VAZ 21074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar QSC-yə və borclu X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişllər. Məhkəmə hazırki məsələyə gəlməyən tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-4773/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin surətindən görünür, 1847,57 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun borclular Borclu və X1 alınıb iddiaçı Tələbkar QSC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-279/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus olan «VAZ 21074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə olunmuş “”AccessBank” QSC-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, borclu maddi imkanının zəif olmasını əsas gətirərək banka müraciət etmiş və bank tərəfindən borcluya güzəşt edilərək ümümilikdə 800 manat ödəməklə borc məbləği bağlanmışdır. Ona görədə, işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış zərurət aradan qaldırıldığından Borclu məxsus «VAZ 21074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus «VAZ 2074» minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar