Məhkəmə qərarları › İş №8(076)-669/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-669/2025

10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-669/2025 10.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-3133/2014 nömrəli məhkəmə əmrinə əsasən tutulmalı olan məbləğin indeksasiya edilməsinə dair Tələbkar ərizəsinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-3133/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən ödənilməyən 273,00 manat məbləğin, 2014-cü ildən 2025-ci ilin sentyabr ayınadək istehlak qiymətləri artımının 202,90 % olmasını (273,00 AZN x 202,90 % = 553,92 AZN) nəzərə alaraq cəmi 826,92 manat məbləğində indeksləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3133/2014 saylı, 14 noyabr 2014-cü il tarixli məhkəmə qərarına əsasən, Borclu cəmi 273,00 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi tələblkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələblkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələblkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiyanın kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun reallaşmasının effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ildə aprel ayında 2014-cü ilin noyabr ayına nisbətən istehlak qiymətləri indeksi 202.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.0 dəfə artmışdır. İş üzrə tələbkara, borclulara və icra qurumuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin tərəflər və icra qurumunun nümayəndəsi hazırki ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Tələbkar tərəfindən məhkəməyə göndərilmiş ərizədə işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin və icra qurumunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-3133/2014 nömrəli məhkəmə əmrindən görünür ki, xx.xx.1975-ci ildə Ermənistanın Vardenis rayonunda doğulmuş, Bakı şəhəri Binəqədi rayonu, DSK-4 ünvanında yaşayan (Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatda olan) Borclu 252.00 (iki yüz əlli iki) manat məbləğində əsas borc və 21 (iyirmi bir) manat dövlət rüsumu, ümumilikdə 273.00 (iki yüz yetmiş üç) manat pul alınaraq kreditor Tələbkar verilməlidir. Maraqlı şəxs tərəfindən sorğuya cavaba əsasən xx.xx.2025-cı il tarixli cavab məktubundan görünür ki, 2(076)-3133/2014 nömrəli icra işi üzrə 273 manat borc qalmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, indeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Borc müqaviləsinə əsasən borc verənin cavabdehə vermiş olduğu müəyyən məbləğdə pul vəsaiti bazarda istehlak qiymətlərinin artması, inflyasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar olaraq iddiaçının həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə borc verən ödənilməli olan pulun indeksasiyası ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında’’ Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarının məzmununda ifadə edilmiş hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (o cümlədən, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə hesablamanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-3133/2014 nömrəli məhkəmə əmrinin qüvvəyə mindiyi vaxta nisbətən istehlak qiymətləri indeksi 202,90 % təşkil etmişdir. Tələbkar hazırki istehlak qiymətləri indeksinin məhkəmə qərarının qüvvəyə mindiyi vaxta nisbətən hesablanmış məbləğini məhkəmə qərarı üzrə müəyyən edilmiş məbləğə əlavə olaraq tələb etsə də, məhkəmə hesab edir ki, hazırki iş üçün istehlak qiymətləri indeksi üzrə əlavə məbləğ 280,92 manat (273 manat x 102.9 % = 280,92 manat), indeksləşdirmə nəticəsində müəyyən edilmiş məbləğ isə 553,92 manat (273 manat x 202,90 % = 553,92 manat) təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)- 3133/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində ödənilməmiş 273 manat məbləğ indeksləşdirilərək 2014-cü ilin iyul ayından - 2025-ci ilin sentyabr ayınadək 202.9 % artım (273 manat x 202.9 % = 553,92 + 273) nəzərə alınaraq ödənilməli olan məbləğ cəmi 826,92 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-3133/2014 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində Borclu tərəfindən Tələbkar ödənilməmiş 273 manat borc məbləği indeksləşdirilərək ödənilməli olan məbləğ cəmi 826,92 manat (273 manat x 202,90 % = 553,92 manat) müəyyən edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar