Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-673/2024 04.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu iştirakları ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-8259/2016 saylı icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada 4292.01 ABŞ dolları əsas borc, 1435.99 ABŞ dolları faiz borcu olmaqla cəmi 5728 ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatına Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu alınıb Tələbkar ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. İcra sənədini icra edən Şəmkir Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borcluya məxsus olan, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli, ümumi sahəsi 0.4225 ha; ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli, ümumi sahəsi 1.0242 ha və ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli ümumi sahəsi 0.4225 ha torpaq sahələrinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatın dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Borclu təqdimat üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməyinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına Şəmkir rayonu, Qaralar kəndində 0.4225 ha, 1.0242 ha, 0.4225 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə hesab edir ki, hazırki təqdimat 1.0242 ha təsərrüfat təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində əsaslı olduğundan yalnız həmin hissədə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, 0.4225 ha və 0.4225 ha torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələridir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 yanvar 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı müəyyən olunmuş, həmin siyahının 3-cü bəndində göstərilmişdir ki, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Ona görə də məhkəmə hesab edir ki, icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində 1 hektardan az olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərinə həbs qoyma növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir, bu səbəbdən 0.4225 ha və 0.4225 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması əsaslı sayıla bilməz. Bununla belə məhkəmə hesab edir ki, Şəmkir rayonu, Qaralar kəndində yerləşən və Borclu məxsus olan 1.0242 ha təsərrüfat təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu məxsus olan, Şəmkir rayonu, Qaralar kəndində yerləşən 1.0242 ha təsərrüfat təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-673/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-673/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver