Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-674/2024 27.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Borclu və X1 qarşı borc tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)–2442/2020 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın nümayəndəsinin ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu və X1 qarşı borc tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)–2442/2020 saylı icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, tələbkarin nümayəndəsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)–2442/2020 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, həmin icra sənədi üzrə icraata xitam verilməsi və ya icra sənədinin məhkəməyə qaytarılması haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarını ərizəyə əlavə etməməklə yanaşı, həmin qərardan şikayət verməmişdir. Belə olan halda məhkəmə mübahisələndirilən icra sənədinin hazırda hansı mərhələdə olmasını, yəni icra sənədinin icra orqanında icraatda olmasını, eləcə də icra sənədinə xitam verilməsini və ya qaytarılmasını müəyyən edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 23-cü maddələri əsasında qəbul edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Borclu və X1 qarşı borc tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)–2442/2020 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın nümayəndəsinin ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 23-cü maddələri əsasında qəbul edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №8(076)-674/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-674/2024
27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver