Məhkəmə qərarları › İş №8(076)-677/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-677/2024

28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-677/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-5441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC-nin icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T Dİ : Şəmkir Rayon Məhkəməsinin 2(076)-5441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, tələbkar Şəmkir Rayon Məhkəməsinin 2(076)-5441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə təkrar icraya yönəldilməsini xahiş etsə də, həmin icra sənədi üzrə icraata xitam verilməsi və ya icra sənədinin məhkəməyə qaytarılması haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından şikayət verməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-5441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC-nin icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar