Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-684/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon İcra və Probasiya şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : Şəmkir rayon İcra və Probasiya şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra Probasiya Şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə nə də sonrakı dövrdə icra sənədində göstərilən tələb təmin olunmamışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsi başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borcluya məxsus olan OZG qeydiyyat nömrəli **********55 reyestr nömrəli ümumi sahəsi 0.24 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını təqdimatla məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM–nin 231.2–ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına “OZG qeydiyyat nömrəli **********55 reyestr nömrəli ümumi sahəsi 0.24 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikaası MPM-in 236–cı maddəsinə əsasən məhkmə qətnamənin icrasını bu məcəllənin 13–cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun Azərbaycan Respublikası Qanununun 50.2-2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus OZG qeydiyyat nömrəli **********5 reyestr nömrəli ümumi sahəsi 0.24 ha həyətyani torpaq sahəsi tələbin yönəldilə biləcəyi əmlak olduğundan həmin torpaq sahəsinə üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPN-in 231, 263-269-cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus OZG qeydiyyat nömrəli **********55 reyestr nömrəli ümumi sahəsi 0.24 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-684/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-684/2024
05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver