Məhkəmə qərarları › İş №8(076)-687/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-687/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-687/2025 16.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Tələbkar Borclu: Borclu və onun vəkili X2 iştirakı ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2192/2025 saylı icra sənədinə əsasən Tələbkar Adəm adlı nəvəsi ilə ünsiyyətdə olmasına Borclu tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə yazılı ərizə təqdim edərək göstərdi ki, hazırda Borclu könüllü gəlmişdir. Bu səbəbdən onun məcburi gətirilməsinə zərurət aradan qalxmışdır. Odur ki, təqdimatın geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Tələbkar təqdimatın geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclası zamanı Borclu təqdimatın geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2192/2025 saylı icra sənədinə əsasən Tələbkar Adəm adlı nəvəsi ilə ünsiyyətdə olmasına Borclu tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Hazırda icra məmuru məhkəməyə yazılı ərizə təqdim edərək, təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu məcburi gətirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılması zərurəti aradan qalxmış və təqdimat icra orqanına geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu məcburi gətirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar