Məhkəmə qərarları › İş №8(076)-69/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-69/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-69/2023 03.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-85/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu xx.xx.2013-cü il təvəllüdlü Həsən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 manat məbləğində aliment alınaraq tələbkar X1 verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, bununla yanaşı borcluya təqdim edilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bununla yanaşı borclunun izahatı alınmış qanunun tələbləri ona izah edilmişdir. Həmçinin tələbkar Ü.Süleymanova xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclunun hazırda aliment borcundan heç bir ödəniş etmədiyini və borclu barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment alınıb X1 verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu təqdim edilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İşə əlavə edilmiş materillardan görünür ki, borcu Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və izahatı alınmış və ona aliment borcunu ödəmədiyi təqdirdə qanunun tələbləri izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar