Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-690/2024 04.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı BOKT "xxxx" MMC-nin (indiki adı BOKT "xxxx" MMC) cavabdehlər X2 və X1 qarşı borc tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın nümayəndəsinin ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı BOKT "xxxx" MMC-nin (indiki adı BOKT "xxxx" MMC) nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və X1 qarşı borc tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016–ci il tarixli 2(076)–7250/2016 saylı icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016–ci il tarixli 2(076)– 7250/2016 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, ərizəsinə həmin icra sənədinin icraya yönəlib-yönəlməməsinə dair hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə icra sənədinin hansı əsaslarla məhkəməyə qaytarılmasını, eyni zamnda icra sənədinin təkrar icraya yönəldilməsi üçün əsasların mövcud olubolmamasını dəqiq müəyyən edə bilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı BOKT "xxxx" MMC-nin (indiki adı BOKT "xxxx" MMC) cavabdehlər X2 və X1 qarşı kredit borc tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-690/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-690/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver