Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-696/2024 10.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1103/2023 saylı qətnaməsi ilə hər ay cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. İcra sənədində olan tələbi könüllü təmin etməsi üçün borcluya 10 gün müddət müəyyən edilmiş, lakin, bu müddət ərzində tələb könüllü təmin edilmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Odur ki Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat icra orqanına geri qaytarılmalıdır. Belə ki, işdə olan materiallar nəzərdən keçirlərkən müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixli tələbin könüllü icra edilməsi barədə bildirişin surəti Borclu təqdim edilməmiş və bu barədə işə heç bir sənəd əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat icra orqanına geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrinirəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-696/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-696/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver