Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-710/2024 25.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Tələbkar: Tələbkar, Borclu: Borclu iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2759/2024-010 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2759/2024-010 saylı icra sənədinə əsasən, Borclu, hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2759/2024-010 saylı icra sənədi, xx.xx.2024-cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. İcra sənədində olan tələbi könüllü təmin etməsi üçün borcluya 10 gün müddət müəyyən edilmiş, lakin, bu müddət ərzində tələb könüllü təmin edilmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borc 1600 manat təşkil edir. Odur ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Tələbkar izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə 03 iyul 2024-cü il tarixdə başlayaraq, 03 oktyabr 2018-ci il tarixdə doğulmuş Şahlar və 22 sentyabr 2020-ci il tarixdə doğulmuş Nilay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Lakin borclu bu günədək aliment öhdəliyini icra etməmiş və hal-hazırda 1600 manat aliment borcu yığılmışdır. Odur ki, təqdimatın təmin olunaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə 03 iyul 2024-cü il tarixdə başlayaraq, 03 oktyabr 2018-ci il tarixdə doğulmuş Şahlar və 22 sentyabr 2020-ci il tarixdə doğulmuş Nilay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməsi qət edilmişdir. Lakin hazırda maddi cəhətdən çətinlik çəkdiyi üçün aliment öhdəliyini icra etməmiş və hal-hazırda 1600 manat aliment borcu olduğunu bilir. Hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət yoxdur və təqdimatın təmin edilməməsini xahiş etdi. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə hər-hansı məlumat təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2759/2024-010 saylı icra sənədinə əsasən, Borclu, hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2759/2024-010 saylı icra sənədi üzrə borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-710/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-710/2024
25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver