Məhkəmə qərarları › İş №8(076)-711/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-711/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-711/2024 27.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Borclu: X3 Tələbkar: Tələbkar2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-517/2024 saylı qərardadına əsasən ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu, X5 tərəfindən verilmiş, onun “Ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2, ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-1262/2014 saylı icra sənədi üzrə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-517/2024 saylı qərardadına əsasən, onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-517/2024 saylı qərardadına əsasən 2(076)-1262/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəmkir Rayon məhkəməsinin 2(076)1262/2014 saylı,xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, ondan 20000 ABŞ dollar məbləğində pul vəsaiti tutularaq, tələbkarlar Tələbkar1 və Tələbkar2 ödənilməsi qət edilmişdir. İcra sənədi Şəmkir rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və iş icraya yönəldilmişdir. Belə ki, onun pensiyasından mütəmadi olaraq vəsait tutulub tələbkara ödənilir. Eyni zamanda onun mülkiyyətində olan ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli və 311800 0370 qeydiyyat nömrəli **********56 reyestr nömrəli torpaq sahələrinin və **-BS-*** Dövlət qeydiyyat nişanlı HÜMMER- H2 markalı minik avtomaşınının üzərinə həbs qoyulmuşdur. Həmin əmlakı tələbkara verilməsi üçün müraciət olunmuş, lakin tələbkar əmlakları götürməkdən imtina etmiş və onun satılaraq pul qismində verilməsinin tərəfdarıdır. Həmin əmlakarın qiyməti onun borcunun ödənilməsinə yönəlmişdir. O, 2, 3-cü dərəcəli termiki yanğından sonra, kobud dartıcı xoralaşan çapıq toxuması, sağ bazu oynağın hərəkət məhdudluğu ağrı sindromundan əziyyət çəkir. Onun xaricdə müalicə olunmağına ehtiyac vardır. Odur ki məhkəmə hazırkı vəziyyəti nəzərə alıb, onun ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılmasına dair qərar verməsini xahiş edir. Məhkəmə iclası zamanı, X2, ərizəsinin dəlillərini müdafiə edib əlavə olaraq bildirdi ki, hazırda səhhətində problemləri var, xaricə müalicə üçün getməlidir, lakin borcunu da ödəməyə maddi imkanı yoxdur. Odur ki qeyd etdiklərini nəzərə alıb ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı, Tələbkar2 izahatında bildirdi ki, borclu icra sənədi üzrə borcunu ödəmir, lakin, onun tələb yönələ biləcək əmlakı mövcuddur və hazırda bu istiqamətdə icra məmuru tərəfindən aidiyyəti hərkətlər edilir.Borclu istəsə onun borcunu ödəyər, maddi imkanı yaxşıdır, lakin qərəzlilik nümayiş etdirib borcu ödəmir. Odur ki ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası zamanı icra məmuru X4 izahatında bildirdi ki, borclu aidiyyəti üzrə icra və probasiya şöbəsinə müraciət etməli olsa da, qaydalara əməl etməmişdir, ona görə də borclunun hazırki ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə, ərizənin dəlillərinə, işdə olan sənədlərə, borclunun məhkəmə iclasında verdiyi izahatına və digər iş materiallarına əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi, qanunvericilik borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxılmasını cəzanı icra edən orqan kimi icra qurumunun rəhbərinin səlahiyyətlərinə aid etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməli və borcluya qeyd olunan məsələ ilə bağlı cəzanı icra edən orqana müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-1262/2014 saylı icra sənədi üzrə borclu, X3 “Ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsi təmin edilməsin. X1 qeyd olunan məsələ ilə bağlı cəzanı icra edən orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar