Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-715/2024 25.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Borclu: Borclu iştirakı ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1494/2020 saylı icra sənədinə əsasən Borclu cəmi 1.514,55 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı BOKT "xxxx" MMC-yə verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, ona məxsus olan “VAZ 21154” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 8(076)-161/2023 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu məxsus olan “VAZ 21154” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1494/2020 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Bu səbəbdən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1494/2020 saylı icra sənədinə əsasən iddiaçı BOKT "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmişdir. Odur ki, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsini xahiş edir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1494/2020 saylı qətnaməsi üzrə borc tam ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu tərəfindən borc tam şəkildə ödənildiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)- 1494/2020 saylı icra sənədinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus olan “VAZ 21154” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus olan “VAZ 21154” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-715/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-715/2024
25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver