Məhkəmə qərarları › İş №8(076)-76/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-76/2023

06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-76/2023 06.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “əmlak üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı tələbin Borclu məxsus olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)- 1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 2054.27 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq DSMF-nin Şəmkir Rayon Şöbəsinə ödənilməsi əmr edilmişdir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” AzərbaycanRespublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, Borclu 2054.27 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq DSMF-nin Şəmkir Rayon Şöbəsinə ödənilməsi əmr edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Borclu Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu bildirişin üzərinə imzalayaraq qəbul etmişdir. İş materillarına əlavə edilmiş elektron portal məlumatından görünür ki, Borclu adına “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Həmçinin o, X1 İdarəsində bədii rəhbər işləməklə 450 manat əmək haqqı təşkil edir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borclu üzərinə imza etməklə qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. İş materiallarından görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş təqdim edilmişdir. Lakin, tələb icra olunmamışdır. Beləliklə, məcburi icra tədbiri üçün əsas yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6.-ci maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi tələbkarın tələbinin yerinə yetirilməsi üçün borclunun kifayət qədər pul vəsaiti olmadıqda tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülərək satılmasından ibarətdir. İcra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatı əsasən məhkəmənin qərardadı ilə qoyulur. Bunun üçün isə borclunun kifayət qədər pul vəsaiti olmamalıdır. Məhkəmə hesab edir ki, Borclu X1 İdarəsində bədii rəhbər işləməklə 450 manat əmək haqqı alması və kifayət qədər pul vəsaitinə malik olması müəyyən olunduğundan, tələbin ödənilməsi üçün borclunun pul vəsaitinə yönəldilməsi imkanı itirilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün Borclu adına olan “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat rədd edilməlidir. Həmçinin MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını həmin Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. MPM-in 160-cı maddəsinə əsasən isə bu cür qəradadlar dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 2-2(83)-1150/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün Borclu adına olan “VAZ 21099” minik markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar