Məhkəmə qərarları › İş №8(076)-8/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-8/2024

08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-8/2024 08.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, Borclu iştirakları ilə. Şəmkir rayon İcra və Probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşən Əliyevin– Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2206/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən borclular X2 və Borclu icra sənədində qeyd olunan qızıl-zinət əşyaları naturada alınması mümkün olmadıqda isə cəmi dəyəri 8220 manat məbləğində pul vəsaiti və 177 dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2206/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X1 1 ədədə 1250 manat dəyərində 17 qramlıq ilan qabığı formalı İtaliya istehsalı, 585 əyarlı qızıl boyunbağı; 1 ədəd 600 manat dəyərində 8.2 qramlıq oval formalı, İtaliya istehsalı, 585 əyarlı qızıl klon; 1 ədəd 850 manat dəyərində ağ qızıldan tək qaş formalı briliyant qaşlı üzük, 750 əyarlı,040 karatlı, çkisi 4.7 qram olan qızıl üzük; 1 dəst 3600 manat dəyərində briliyant qaşlı, ananas formalı, 750 əyarlı, 2.4 karatlı, çəkisi 17 qram olan üzük-sırğa dəsti; 1 ədəd 700 manat dəyərində sünbül formalı, İtaliya istehsalı 585 əyarlı, 10 qram çıkidə qızıl qolbağ; 1 ədəd 410 manat dəyərində oval formalı, sadə qaşlı 585 əyarlı, çəkisi 5.4 qram olan qızıl üzük; 1 ədəd 460 manat dəyərində sallama pərdə formalı, 750 əyarlı, 5.4 qramçəkidə qızıl sırğadan barət qızıl-zinət əşyaları-naturada alınması mümkün olmadıqda isə cəmi dəyəri 8220 (səkkiz min iki yüz iyirmi) manat, məhkəmə xərci olaraq 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci alınaraq iddiaçı X5 verilməlidir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2206/2023 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 262115/2023-35-13-004 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Beləliklə, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən bu günədək heç bir ödəniş olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə anadan olmuş və Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar