Məhkəmə qərarları › İş №8(076)-804/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-804/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-804/2025 09.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–679/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə cavabdeh X3 ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–679/2024 saylı qətnaməsinə əsasən X2 dəymiş maddi zərərə görə 7000 (yeddi min) manat məbləğində pul alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda cavabdeh X6 ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-679/2024 saylı 09 aprel 2024-cü il tarixli qətnaməsinin icrası üsulunun dəyişdirilərək 6 aylıq hissələrə bölünməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 679/2024 saylı 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar X5 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edilmiş və 7000 (yeddi min) manat məbləğində pulun ondan tutularaq iddiaçı Zeynalov Tələbkar verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd edir ki, onun hazırda qətnamədə qeyd edilən vəsaiti bir dəfəyə ödəmək imkanı yoxdur. Belə ki, hazırda heç bir yerdə işləmir və maddi imkanı yoxdur. Anası xərçəng xəstəliyindən əziyyət çəkir. Himayəsində 2 azyaşlı uşağı var. Ailəni dolandıran yeganə şəxsdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi qanunvericilik tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə, qətnaməni hissə-lıissə icra etdirməyi, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyi məhkəmənin haqlı səlahiyyəti kimi nəzərdə tutmuşdur. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-679/2024 saylı 09 aprel 2024-cü il tarixli qətnaməsinin icrası üsulunun dəyişdirilərək 6 aylıq hissələrə bölünməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək izahatında göstərdi ki, ərizəçi onun oğludur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–679/2024 saylı qətnaməsi ilə X2 dəymiş maddi zərərə görə 7000 (yeddi min) manat məbləğində pul alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəmkir Rayon Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «İcraata başlamaq haqqında» qərarı əsasında qətnamənin icrasına başlanılmış və icra məmuru tərəfindən bildirişlər göndərilərək, qətnamənin qanunla müəyyən edilmiş müddət ərzində könüllü icrası tələb edilmişdir. Lakin oğlunun məhkumluğu olduğu üçün o dövlət işində işləyə bilmir. Tələbkara 4000 manat ödəniş etmiş, lakin o razı olmamış və tam ödəniş olunmasını tələb etmişdir. Oğlunun himayəsində 2 azyaşlı uşaqları var. Həmçinin özüdə onkoloji xəstədir və müalicə olunur, oğlu ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–679/2024 nömrəli qətnaməsinin icrasına 6 aylıq hissələrə bölünməsinə dair qərardad çıxarılmasını xahiş edir. İş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlərdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–nin 231.2–ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)– 679/2024 saylı icra sənədindən görünür ki, X2 dəymiş maddi zərərə görə 7000 (yeddi min) manat məbləğində pul alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İşdə olan AA7153427 saylı, AA6292503 saylı şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı 2 nəfər azyaşlı uşaqları var. İşdə olan tibbi sənədlərdin görünür ki, X4 onkoloji xəstədir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 15–ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə–hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişidirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231–ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, borclu X3 Şəmkir Rayon Məhkəməsinin (076)-679/2024 saylı 09 aprel 2024-cü il tarixli qətnaməsi əsasında Tələbkar 7000 (yeddi min) manat məbləğində pul ödəməlidir. Borclu tələbin könüllü icrası üçün müəyyən olunmuş vaxta borcunu ödəməmiş, məcburi icra tədbirləri çərçivəsində onun borcun ödənilməsinə yetə biləcək əmlakı aşkar olunmamışdır. İcra materiallarından və borclunun izahatından görünür ki, o heç bir yerdə işləmir, mütəmadi qazancı və ya gəliri yoxdur, himayəsində yetkinlik yaşına çatmamış uşaqları, işləməyən və xəstə ata-anası vardır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşin müəyyən olunmuş halları, o cümlədən borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmaması, rəsmi olaraq iş yerinin olmaması, mütəmadi qazancı və ya gəliri olmaması, himayəsində yetkinlik yaşına çatmamış uşaqları və işləməyən ata-anası olması məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Razim Əliyevin borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Ona görə də onun qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsaslıdır, borclunun izahatından və icra materiallarından görünür ki, o borcunu 6 ay ərzində hissəhissə ödəyə bilər. Bu səbəbdən ərizə təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. X2 7000 (yeddi min) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi haqda Şəmkir Rayon Məhkəməsinin 2(076)-679/2024 saylı, 09 aprel 2024-cü il tarixli qətnaməsi 6 (altı) ay ərzində hər ay 1167(min yüz altmış yeddi) manat müəyyən edilməklə hissəhissə icra edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar