Məhkəmə qərarları › İş №8(076)-809/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-809/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-809/2025 09.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1131/2025 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1131/2025 saylı icra sənədinə əsasən Borclu cəmi 4.398,8 manat pulun və 64,39 manat dövlət rüsumunun alınıb "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, hazırda heç yerdə işləmir və maddi vəziyyəti yaxşı deyildir. Bununla belə icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən imtina etmir və hər ay kredit borcundan 50 manat olmaqla ödənişlər edir. Həmçinin, özü xəstədir və səhhətində problemləri vardır. Hesab edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1131/2025 saylı icra sənədinə əsasən Borclu cəmi 4.398,8 manat pulun və 64,39 manat dövlət rüsumunun alınıb "xxxx" KB ASCyə ödənilməsi qət edilmişdir. İşdə olan ödəniş qəzblərindən görünür ki, Borclu tərəfindən xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 50 manat və xx.xx.2025-ci il tarixdə 50 manat kredit ödənişi ödənilmişdir. Göründüyü kimi Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)- 1131/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən həmin icra sənədi üzrə icraata başlanılmışdır. Bundan sonrakı müddətdə Borclu icra sənədi üzrə borcunu ödəməkdən boyun qaçırmamış, əksinə xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay borcundan ödənişlər etmişdir. Bu hal isə ona dəlalət edir ki, borclunun icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınması halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbiri kimi təsbit edildiyindən və Borclu tələbkara olan borcundan hər ay ödənişlər etdiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istisna edilir. Beləliklə, iş materialları və borclunun izahatı ilə müəyyən edilir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məcburi icra tədbirinin tətbiqinə əsas ola biləcək hallar mövcud deyildir. Bu baxımdan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məcburi icra tədbirinin tətbiqinə zərurət olmadığı müəyyən olunur. Odur ki, məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43, 44 və 84-1-ci maddələrinin tələbləri baxımından nəzərdən keçirərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair hazırki təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2(076)-1131/2025 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar