Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-813/2025 25.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi Borclu iştirakı ilə Ərizəçi Borclu Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)- 1767/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)-1767/2024 saylı qətnaməsi ilə Borclu qanuni nümayəndəsi olduğu X1 tərəfindən vurulmuş maddi ziyanının əvəzi olaraq 65882,00 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi 287,65 manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda ərizəçi Borclu ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)-1767/2024 saylı qətnaməsi üzrə borcunu hiss-hissə ayda 500 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)-1767/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin ona qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilərək, qanuni nümayəndəsi olduğu X1 tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 65882.00 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 287.65 manat, ümumilikdə 66169.65 (altmış alıt min bir yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pulun tutularaq "xxxx" QSC-nə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. O məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən hissə-hissə olaraq 6000 manat pul ödəmişdir. İlkin olaraq 5000 manat, daha sonra isə 2 ay hər ay 500 manat pul ödəmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Onun hazırda maddi vəziyyəti çox ağırdır. Belə ki, övladı X1 hazırda müalicə müəssisəsində müalicə alır. Onun müalicəsi ilə bağlı xərcləri olduqca çoxdur, ailədə yeganə qazanc gətirən şəxsdir. Hazırda heç bir yerdə işləyə bilmir. Həm ailə xərcləri, həm xəstə övladının müalicəsi və həm tələbkara olan borcu hamısı onun üzərindədir. Onun adına yalnız 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin Çıxarışı olmadığından sata bilmir. Kənddə ancaq əkinçiliklə məşğul olur. Aylıq qazancı, gəliri çox aşağıdır. Ondan başqa gəlir yeri yoxdur. O aylıq gəlirlə və qohumların köməkliyi ilə tələbkara olan borcundan ayda 500 manat ödəyir. Hazırda həmin məbləğdən artıq ödəməyə maddi imkanı yoxdur. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)-1767/2024 saylı qətnaməsinin hiss-hissə ayda 500 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı göstərdi ki, övladı X1 hazırda müalicə müəssisəsində müalicə alır. Onun müalicəsi ilə bağlı xərcləri olduqca çoxdur, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e- 2(076)-1767/2024 saylı qətnaməsi üzrə borcunu hər ay 500 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)-1767/2024 saylı icra sənədindən görünür ki, Borclu qanuni nümayəndəsi olduğu X1 tərəfindən vurulmuş maddi ziyanının əvəzi olaraq 65882,00 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi 287,65 manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında əlavə edilmiş Şəmkir rayon Sabirkənd kəndi İƏD tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Borclu X2 (arvadı), X1 (oğlu), X5 (oğlu), X3 (oğlu) və X6 (oğlu) adlı ailə üzvləri var. Qeyd: Borclu adına 0.10 ha həyətyanı torpaq sahəsi var və içərisində heç bir tikili yoxdur. Tələbkar "xxxx" QSC EMİS vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmiş və borclu tərəfindən iyul ayından bugünə qədər yalnız 7.377,50 manat məbləğində borc ödənilmişdir. Bu səbəbdən borc məbləğinin yüksək oduğunu və borclu tərəfindən borcdan cüzi məbləğdə ödəniş etdiyini nəzərə alaraq borcun hissə-hissə ödənilməsinə etiraz edirlər. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə xx.xx.2024-cü il tarixdə çıxarılmış, hazırki vaxtadək icra edilməmişdir. Bundan sonra da həmin qətnamənin hissəhissə icrası əsaslı sayıla bilməz. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Borclu qanuni nümayəndəsi olduğu X1 tərəfindən vurulmuş maddi ziyanının əvəzi olaraq 65882,00 manat pul və ödənilmiş dövlət rüsumu əvəzi 287,65 manat, ümumilikdə 66169, 65 (altmış altı min yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan borc məbləğinin hər ay hisssə-hissə 500 manat olmaqla ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Borclu qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə ГЯРАРААЛДЫ: Borclu Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(076)-1767/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-813/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-813/2025
25.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver