Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-818/2025 03.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, İddiaçı X2 cavabdeh Tələbkar qarşı alimentin ləğv olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Tələbkar qarşı alimentin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Göygöl rayon Hacıməlik qəsəbəsində yaşayır. Əvvəllər birgə qeyri-rəsmi nikahda olduğu Tələbkar doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Həsənov Turqay və ikinci övladı xx.xx.2019-ci təvəllüdlü Həsənov Yusif adlı uşaqlar hal-hazırda onun himayəsində yaşayırlar. Lakin buna baxmayaraq o uşaqlarının anasına 340 manat aliment ödəyir. Uşaqların onun yanında yaşamasını nəzərə alıb alimentin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Doğum haqqında şəhadətnamələr cavabdeh X1r. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. İddiaçı iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında olan nikaha xitam verilmiş, nikahdan olan uşaqlar ananın yanında saxlanılmış və iddiaçının hər uşağa görə anaya aliment ödəməsi müəyyən edilmişdir. Hazırda iddiaçı uşaqların ananın yox, məhs onun yanında yaşamasını əsas gətirərək, aliment öhdəliyindən azad edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, ailə qanunvericiliyi aliment borcundan azad edilmə ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı şərtləndirmişdir. Hazırki iddia tələbində isə iddiaçı cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların onunla bir yerdə yaşadığı üçün aliment borcunu ödəməkdən azad edilməsini tələb edir. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən (hansısa xəstəliyi və ya digər üzrlü səbəb) icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılması, iddiaçıya icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı X2 cavabdeh Tələbkar qarşı alimentin ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı X3 icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-818/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-818/2025
03.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver