Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-82/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “daşınar (daşınmaz) əmlak üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-520/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu adına “VAZ 2101” minik markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 520/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 476.35 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə, 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Buna görə də başqa məcburi icra tədbirlərinin nəticə vermədiyindən, Borclu tələbin təmin edilməsi üçün heç bir pul vəsaitinin olmadığından borcluya məxsus «VAZ 2101» minik markalı 10–GA–075 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-520/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 476.35 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə, 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata əlavə edilmiş “Elektron İcra” İnformasiya Sisteminin çıxarışından görünür ki, Borcluun adına «VAZ 2101» minik markalı 10–GA–075 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM–in 236–cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13–cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Borclu adına «VAZ 2101» minik markalı 10–GA– 075 dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan həmin avtomobil üzərinə həbs qoyulması qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu adına olan «VAZ 2101» minik markalı 10–GA–075 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-82/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-82/2023
07.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver