Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-82/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2072,28 manat məbləğində pul və 40,72 manat dövlət rüsumu alınıb tələbkar Kapital Bank ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. Elektron icra informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarşa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk edir. Həmin ölkəyə gedib-gəlməklə sonuncunun oradan uzun müddət qayıtmayacağı və beləliklə də Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-1910/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından yayınacağı ehtimalı vardır. Hazırda icra sənədi üzrə borc 2072,28 manat kredit borcu və 40,72 manat dövlət rüsumu təşkil edir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, icra sənədi üzrə borclu xx.xx.1986-cı ildə Şəmkir rayonu, Keçili kəndində anadan olan, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olan və yaşayan Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar Kapital Bank ASC-nin nümayəndəsi və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 2072,28 manat məbləğində pul və ödənilmiş 40,72 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 224449/2023-18 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Beləliklə, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-82/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-82/2024
13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver