Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-84/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə “İcra icraatına xitam verilməsi” haqqında Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2015ci il tarixli 8(076)-136/2015 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli 2(076)-645/2007 saylı qətnaməsi ilə 3 uşağın saxlanması üçün Borclu hər ay hər uşaq üçün 30 manat alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli 8(076)-136/2015 saylı qərardadı ilə Tələbkar tələbindən imtina etməsi səbəbindən Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2007-ci il tarixli 2(076)-645/2007 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli 8(076)-136/2015 saylı qərardadının ləğv edilməsini və təkrar icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə şikayətin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Halbuki iş materialları ilə müəyyən edilir ki, Tələbkar mübahisələndirdiyi qərardad 02 iyul 2015-ci il tarixdə qəbul edilmişdir. Ərizəçinin şikayəti isə 04 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmə qərardaddan verilən şikayətin qaytarılması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsində apelyasiya şikayətinin məzmununa dair əsaslar göstərilmiş və həmin maddədə yalnız qətnamə deyil, məhkəmə aktlarından verilmiş şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 129.3–cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 363.1.3-sü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Göründüyü kimi, qanuverici şikayətdə apelyasiya şikayəti verən şəxsin ad (fiziki və ya hüquqi şəxsin), soyad (fiziki şəxsin), ata adı (fiziki şəxsin), şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin), ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti, apellyasiya şikayəti vəkil tərəfindən verildikdə vəkilin adı, soyadı, ata adı, ünvanı (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), fəaliyyət forması, fərdi qaydada, vəkillik qurumu tərkibində vəkillik qurumunun adı, orderin nömrəsi və tarixi, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsinin adı, soyadı, ata adı, ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd), etibarnamənin nömrəsi, kim tərəfindən təsdiq edilmişdir, verilmə tarixi, qüvvədə olma müddəti, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı, qətnamə və ya qərardadın tarixi və nömrəsi, şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi, mübahisənin predmeti, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi göstərilməlidir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli 8(076)-136/2015 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi qanuvericilikdə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən şikayət verilərkən həmin maddənin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli 8(076)-136/2015 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü və 361-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədən məhkəməyə verildiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 361-363, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “İcra icraatına xitam verilməsi” haqqında Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2015ci il tarixli 8(076)-136/2015 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-84/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-84/2025
04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver