Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-88/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 2(011)-986/2023 nömrəli, xx.xx.2023-cü il icra sənədinə üzrə “daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması” barədə Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşən Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 21063” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)_986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Lalə və xx.xx.2012-ci il təvəllüdlü Kərim adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməli Borclu alınıb Tələbkar verilməlidir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə nə də sonrakı dövrdə tələb təmin olunmamışdır. Məcburi icra tədbirləri zamanı Borclu adına “VAZ21063” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyatdan keçdiyi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İcra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin olar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 və 17.8.32012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170(bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Borclu alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan Şəmkir Rayon Məhkəməsinin 2(076)-986/2023 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildirişi Borcluova təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən çıxarışından görünür ki, “VAZ 21063” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakın üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki işin hallarından görünür ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmişdir. Borclu şəxsin adına pul vəsaitlərinin olmaması müəyyən olunmuşdur. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “VAZ 21063” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Göstərilənlərə və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus “VAZ 21063” minik markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 21063” minik markalı **-BN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-88/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-88/2024
12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver