Məhkəmə qərarları › İş №8(076)-89/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-89/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-89/2025 14.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3084/2019 saylı icra sənədi üzrə tələbkar X1 icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3084/2019 saylı icra sənədi üzrə tələbkar X2 həmin icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3084/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, ərizəsinə həmin icra sənədinin icraya yönəlib-yönəlməməsinə dair hər hansı sənəd əlavə etməmişdir. Həmçinin, iş materiallarında olan tələbkar X1 ərizəsindən görünür ki, o, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3084/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi ilə bağlı məhkəməyə etdiyi müraciətdə yanlışlığa yol verdiyini bildirərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə icra sənədinin hansı əsaslarla məhkəməyə qaytarılmasını, eyni zamanda icra sənədinin təkrar icraya yönəldilməsi üçün əsasların mövcud olubolmamasını dəqiq müəyyən edə bilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3084/2019 saylı icra sənədi üzrə tələbkar X1 icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar