Məhkəmə qərarları › İş №8(076)-9/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-9/2025

13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-9/2025 13.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Tələbkar Sığorta Şirkəti cavabdehlər X5 və X1 qarşı zərərin ödənilmiş əvəzi miqdarında tələbin (subroqasiya tələbinin) təmin edilməsi tələbinə dair iddia tələbinə dair mülki iş üzrə cavabdeh X4 müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Tələbkar Sığorta Şirkəti cavabdehlər X5 və X1 qarşı zərərin ödənilmiş əvəzi miqdarında tələbin (subroqasiya tələbinin) təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X2 məxsus olan və Tələbkar Sığorta Şirkətində sığortalanmış “Nissan Sunny” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin əvəzində 2083 AZN (iki min səksən üç manat) sığorta ödənişi məbləğinin və ödənilmiş 20 (iyirimi manat) dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada Tələbkar Sığorta Şirkətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tələbkar Sığorta şirkəti iddia təmin tədbirinin seçilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X5 məxsus “VAZ-2106” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq avtomobilin Daxili İşlər Nazirliyinin BDYPİ-in cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılması barədə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)- 1966/2012 saylı qərardadı ilə həmin ərizə təmin edilərək borclu X5 məxsus “VAZ-2106” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda ərizəçi məhkəməyə əmlakının həbsdən azad edilməsi haqqında ərizə verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)- 1966/2012 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)-1966/2012 saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb həll olunanadək X5 məxsusu olan AZ **-BO-*** qeydiyyat nişanlı “VAZ-2106” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan Tovuz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 35 nömrəli məktubundan görünür ki, borclu X3 tərəfindən Tələbkar Sığorta Şirkəti ASC-yə olan borc tam şəkildə ödənilmişdir və icra sənədinin icrasına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər Odur ki, məhkəmə hazırki ərizəni nəzərə alaraq hesab edir ki, məhkəmənin xx.xx.2012-ci il tarixli 2(076)-1966/2012 saylı qərardadı əsasında seçilmiş müvəqqəti təminat tədbiri ləğv olunmalı, X5 məxsusu olan AZ **-BO-*** qeydiyyat nişanlı “VAZ-2106” minik markalı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Cavabdeh X4 ərizəsi təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)-1966/2012 saylı qərardadı əsasında seçilmiş müvəqqəti təminat tədbiri ləğv olunsun. X5 məxsusu olan AZ **-BO-*** qeydiyyat nişanlı “VAZ-2106” minik markalı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar