Məhkəmə qərarları › İş №8(076)-90/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-90/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-90/2025 19.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Borclu: X3 iştirakı ilə X1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)-38/2022 saylı qərardadının ləğv edilməsi və əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı “Pul tələbi”nə dair mülki iş üzrə müvəqqəti təminat tədbirinin seçilməsi ilə əlaqədar olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)- 38/2022 saylı qərardadına əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107.65kv.m fərdi yaşayış evinin və Şəmkir şəhəri ərazində yerləşən 0.05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmış və həmin qərardad icraya yönəldilmişdir. Hazırda X2 ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107.65kv.m fərdi yaşayış evinin və Şəmkir şəhəri ərazində yerləşən 0.05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinn cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)-38/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107.65kv.m fərdi yaşayış evinin və Şəmkir şəhəri ərazində yerləşən 0.05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağa qoyulması qərara alınmışdır. Məhkəmə qərarı onunla əsaslandırmışdı ki, məhkəmənin icraatında İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki iş vardır. Bildirir ki, Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(076)-178/2023 saylı qətnaməsi ilə (hakim Könül Məmmədova) iddia qismən təmin edilərək, cavabdehdən 2.397.896 Rus rublunun qətnamə icra olunan vaxt milli manata məzənnədə tutulub iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 may 2023-cü il tarixli, 2(104)-1036/2023 saylı qətnaməsi ilə (hakimlər: Fikrət Mehdiyev-sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2023cü il tarixli 2(102)-405 8/2023 saylı qərarı ilə (hakimlər: Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Şamil Rzaquliyev-sədrlik edən və məruzəçi, Loğman Süleymanov və İslam Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 294.000 Rus rublu qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə, hüquqi yardıma görə 500 manat, dövlət rüsumu əvəzi olaraq 76 manat tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 3658/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi həmin mübahisə ilə bağlı son məhkəmə qərarı qəbul edilmişdir. Odur ki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)-38/2022 saylı qərardadının ləğv edilməsi və əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı X2 ərizəsinin dəlillərini müdafiə edib mülki mübahisə ilə əlaqədar iş üzrə yekun qərarın qəbul edildiyinə görə ona məxsus əmlakların üzərindən həbsin götürülməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)- 38/2022 saylı qərardadının ləğv edilməsini xahiş edir. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 162.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3658/2024 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və həmin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3658/2024 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024cü il tarixli qətnaməsi ilə icraatda olan apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 294.000 Rus rublu qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə, hüquqi yardıma görə 500 manat, dövlət rüsumu əvəzi olaraq 76 manat tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh X4 qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə icraatda olan apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 294.000 Rus rublu qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə, hüquqi yardıma görə 500 manat, dövlət rüsumu əvəzi olaraq 76 manat tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmçinin, qeyd edilən qətnamədən kassasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, yəni İddiaçı cavabdeh X4 qarşı “Pul tələbi”nə dair iddiasının qismən olaraq təmin edildiyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)-38/2022 saylı qərardadının, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsinin icrasına qədər öz qüvvəsini saxlamasının zəruriliyi nəzərə alınmalıdır. Halbuki, X5 qeyd edilən xüsusatlarla bağlı ərizəsində və ona əlavə edilmiş sənədlərdə məhkəmə qətnaməsinin icrası ilə bağlı mövqe bildirməmiş, qətnamənin tamamilə icra edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)-38/2022 saylı qərardadı ləğv edilməməli və onun əsasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 107.65kv.m fərdi yaşayış evinin və Şəmkir şəhəri ərazində yerləşən 0.05 ha torpaq sahəsinin üzərindən həbs götürülməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(076)-38/2022 saylı qərardadının ləğv edilməsi və əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar