Məhkəmə qərarları › İş №8(076)-91/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-91/2025

27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-91/2025 27.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: X3 iştirakı ilə X1 müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(076)-27/2022 saylı qərardadına əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərinə həbs qoyulmuşdur. X2 müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(076)-27/2022 saylı qərardadı əsasında seçilmiş müvəqqəti təminat tədbirinin ləğv olunmasını və mənzilə dair qoyulan qadağanın götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X5 məhkəməyə yazılı ərizə təqdim edərək göstərdi ki, hazırda ərizəsində dəqiqləşdirilməli bəzi məsələlər vardır. Odur ki, ərizəyə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, işdə olan və X5 tərəfindən yazılmış ərizədən görnür ki, o, ərizənin geri qaytarılmasını xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizə və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 231 və 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizə və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar