Məhkəmə qərarları › İş №8(076)-98/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-98/2023

09.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-98/2023 09.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanirverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş "borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə" təqdimata açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2408/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2408/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu Nosib oğlundan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. Yuxarıda qeyd olunan icra sonodi xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin. bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və hazırda olan aliment üzrə borc 1325 manat təşkil olunduğunu bildirilmişdir. Həmçinin tələbkar X4 xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Borclu hazırda ona olan aliment üzrə borcunun 1325 manat təşkil etdiyini və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında "borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıması haqqında" təqdimatı tortib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov bildirdi ki, icra sənədinin icrasının təmin olunması məqsədilə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin borclu aliment üzrə borclunun tam şəkildə ödəmədiyi və hazırda tələbkara 1325 manat aliment borcu olduğunu bildirmişd dir. Mkono, toqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat osaslı oldugundan in edilməlidir. Beloqdimata olavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2408/2018 saylı ******* ci tarixli icra vərəqəsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəsini aldığı Vasidan başlayaraq xx.xx.2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına tana kimi saxlanması üçün Borclu hər ay bir uşağa görə 120 manat sabit Mindo aliment tutulub X3 verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli "tələbin könüllü icrası haqqında" bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-2408/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli "tələbin könüllü icrası haqqında" bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-2408/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şort onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, "İcraata başlama haqqında" qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264- cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2408/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə borclu - xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Nosib oğlunun ölkədən getmək hüququ müvəqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar