Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-1/2023 31.01.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, X1 nümayəndəsi X5, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X9 iştirakı ilə, X2 Qaradağ rayon İcra və Probasiya Şöbəsini maraqlı tərəf kimi cəlb etdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tələbkar MMC cavabdeh X6 qarşı «lizinq ödənişlərinin,dəbbə pulunun,əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması» tələbi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmiş və Şuşa Rayon Məhkəməsinin 2(077)-844/16 saylı mülki iş üzrə 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi, “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobilin Turan Lizinq” MMC-yə təhvil verilməsi və lizinq müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə ötürülməsi hüququnun "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Daha sonra Şuşa rayon İcra Qrupunun böyük icra məmuru X16 Rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatla məhkəməyə müracət etmiş və Şuşa rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilərək Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X3 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə «Shacman SX3315DT406-yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verildikdən sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi müəyyən edilmişdir. Hazırda borclu X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında 28 fevral 2017-ci il tarixində verilmiş icra vərəqəsi üzrə icra predmeti olan “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi öhdəliyinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şuşa rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh X7 arasında bağlanmış 17 fevral 2012-ci il tarixli 49/L-12 saylı lizinq müqaviləsi üzrə X3 cəmi 11006 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobil Turan Lizinq” MMC-nə təhvil verilməsi və lizinq müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə ötürülməsi hüququnun "xxxx" MMC-yə həvalə edilməsi müəyyən edilmişdir. Daha sonra Şuşa rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli qərardadı ilə Şuşa rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilərək Şuşa Rayon Məhkəməsinin 2(077)-844/16 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X3 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə «Shacman SX3315DT406-yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verildikdə sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi qərara alınmışdır. Hazırda qeyd olunan qətnamə üzrə icra işi Qaradağ rayon İcra şöbəsinin icraatındadır və qətnaməni icra etmək üçün ondan ümumilikdə 7836 manat ödəmək tələb olunur. Hansı səbəbdən həmin məbləği ödəməli olduğu isə əsaslandırılmır. "xxxx" MMC «Shacman SX3315DT406-yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) markalı yük maşınını 3200 manata qiymətləndirib, həmin məbləğ borcdan çıxdıqdan sonra, qalıq məbləğ ondan tələb olunur. Lizinq şirkəti tərəfindən yük maşını birtərəfli qaydada qiymətləndirilib, şirkət tərəfindən də borc hesablanaraq tələb olunur. Nə Şuşa rayon icra şöbəsi və nə də Qaradağ rayon icra şöbəsi tərəfindən yük maşınının qiymətləndirilməsi həyata keçirilməyib. Bütün bunlara baxmayaraq hələ də, məbləği dəqiq müəyyən olunmayan borc ondan tələb edirlər. Onun müraciəti əsasında Qaradağ rayon icra şöbəsinin 03 iyun 2022ci il tarixli məktubu ilə də bildirilmişdir ki, iş materiallarında «Shacman SX3315DT406-yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) avtomobilin qiymətləndirilməsinə dair heç bir sənəd yoxdur. İcra qurumu icra sənədinin tələblərindən kənara çıxaraq, heç bir qiymətləndirmə aparmadan ondan borc tələb edir. Qeyd olunan yük avtomobili qiymətləndirildikdə müəyyən olunacaq ki, dəyəri ona hesablanmış borcdan dəfələrlə çoxdur. Hazırda bu tipli yük avtomobillərinin bazar dəyəri 55000-60000 manatdır. Ondan alınan yük avtomobilinin qiymətinin yüksək olması müəyyən olunduqda, onun borcundan artıq olan məbləğə hüququ yaranır. Qaradağ rayon icra şöbəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə aparılmadan hər hansı bir icra hərəkətlərinin aparılması yol verilməzdir və bu hərəkətlərin aparılması həmin quruma qadağan edilməlidir. Hazırda onun tələbi bilavasitə icra sənədinin icra qurumu tərəfindən icra işinin icraatı icrası ilə bağlıdır. Belə ki, icra icraatı çərçivəsində icra məmurunun icra predmeti olan yük avtomobilinin qiymətləndirməməsi kimi hərəkətsizliyini mübahisələndirmək qiymətləndirmənin keçirilməsi vəzifəsinin icra qurumu üzərinə qoyulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi X8 şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi bildirdi ki, şikayətin təmin edilməsinə etiraz edir. Bildirir ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844/16 saylı saylı mülki iş üzrə 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddia qismən təmin edilmiş və cavabdeh X3 cəmi 11006 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobil Turan Lizinq” MMC-nə təhvil verilməsi və lizinq müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə ötürülməsi hüququnun "xxxx" MMCyə həvalə edilməsi qət edilmişdir. Daha sonra Şuşa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilmiş və qərardadda göstərilmişdir ki, cəmi 11006 (bir on bir min altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə «Shacman SX3315DT406-yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verildikdən sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğ cavabdeh tərəfindən ödənilməlidir. «Shacman SX3315DT406yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil veriləndə xx.xx.2016-cı il tarixdə hər iki tərəfin iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Yük maşını təhvil verildikdən sonra "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və avtomobilin 05 yanvar 2017-ci il tarixinə hesablanmış bazar dəyəri 3200 manat təşkil etmişdir. Lakin qeyd edilən yük maşını metalalom kimi 4500 manat satılmış və tələb olunan 11006 manat çıxılmış (11006-4500 = 6506) yerdə qalan 6506 manat cavabdeh X3 tutulmalıdır. Hazırkı vaxtadək cavabdeh məhkəmənin qətnaməsinin icrasını təmin etməmişdir. Ona görə də, şikayət ərizəsinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar MMC-nin cavabdeh X6 qarşı “lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehdən 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ **-JS-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçıya təhvil verilməsi və lizinq müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə ötürülməsi hüququnun iddiaçıya həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 8(077)-32/17 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Şuşa rayon İcra Qrupunun böyük icra məmuru X15 Rayon Məhkəməsinin 2(077)-844/16 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı təmin edilərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X3 10354 manat məbləğində əsas borc, 86 manat hesablanmış mükafat borcu, 566 manat cərimə borcu olmaqla, cəmi 11006 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə «Shacman SX3315DT406-yük» markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verildikdən sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi kimi başa düşülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-ci il tarixli aktın və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, “Shacman SX3315DT406 yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil Tələbkar MMC-yə təhvil verilərkən, üzərində dəyəri 33150 manat olan hissələrin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, MB 10/005 saylı qiymətləndirmə hesabatından görünür ki, Tələbkar MMC-nin müraciəti əsasında “Shacman SX3315DT406 yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobilin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmiş və bazar dəyəri 3200 manat müəyyən edilmişdir. İş materiallarında olan Tələbkar MMC tərəfindən Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, “Shacman SX3315DT406 yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **- JS-*** dövlət qeydiyyat nişanlı avtomobil4500 manat satılmış, həmin məbləğ ümumi borc 11006 manatdan çıxılmışdır. X4 qalıq borcu 6535 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 55.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən “Shacman SX3315DT406 yük” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tələbkar MMC-nin mülkiyyətində olmasını, onun borcluya məxsus olmamasını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, qeyd olunan avtomobilin icra qurumu tərəfindən qiymətləndirilməsi zərurəti olmadığından, eyni zamanda, borclu X7 avtomobilin bazar dəyərinin 55000-60000 manat olmasını əsaslandıra bilmədiyindən şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Qaradağ rayon İcra və Probasiya Şöbəsini maraqlı tərəf kimi cəlb etdiyi “əmlakın qiymətləndirilməsi” barədə şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-1/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-1/2023
31.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver