Məhkəmə qərarları › İş №8(077)-1/2024

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-1/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-1/2024 30.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X20 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X6, Maraqlı şəxs1 icra məmuru X3, Borclu iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs1 icra məmuru X3 xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və icra vərəqi üzrə icranın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şuşa rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Abşeron rayon Masazır bələdiyyəsinin cavabdehlər X7 və Borclu qarşı Azərbaycan Respublikası DT və XK-nın Abşeron rayon şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yerqııruluşu planından çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilməsi, habelə Borclu verilmiş MH seriyalı. ******* saylı, reyestrdən çıxarışa düzəliş edilməsinin DƏDRX-nın Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə iddia təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış və Borclu Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0.2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28.55 metr olan torpaq sahəsinin Masazır bələdiyyəsinə qaytarılması qət edilmişdir. Bu baxımdan Masazır bələdiyyəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməlidir. Qətnamə icra edilməlidir. İcraçı isə qətnamənin birinci və ikinci hissəsinin mümkün olmadığı qənaətinə gəlir, iş materialdan ilə tanış olmadan, məsələyə yenə də öz prizmasından baxaraq qətnaməni icra etməyərək, işi məhkəməyə üçüncü dəfə geri qaytarmağa çalışır. Qətnamədə göstərilən Masazır bələdiyyəsi ilə bağlı tələb icra edilməli və borclu tərəf Borclu bələdiyyə mülkiyyətindən çıxarılmalıdır. Borclu isə qanunla öz hüququndan istifadə edərək məhkəməyə müraciət edə bilər. Bu hüquq ona aiddir. Məhkəmə qətnamələrində onun torpaqla bağlı həyata keçirtdiyi prosedurlar nəticəsində mülkiyyət hüququna dair dəqiqləşmə verilmişdir. Bunun üçün o, məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir. Lakin bu o demək deyil ki, icraçılar məhkəmə qətnaməsini icra etməməlidirlər. Ərazidə qeyd edilən mübahisəli torpaq sahəsinə bitişik uzunu 18 metr, eni 28.55 metr var. Lakin icra məmuru iş materialları ilə tanış olmadığından və ya işi bilmədiyindən ekspertiza rəyinə və digər məhkəmə sənədlərinə müraciət etmədiyindən bu torpaq sahəsinin harada və niyə bu ölçüdə olması barədə məlumatı yoxdur. Bu baxımdan məhkəmə ekspertiza keçirilməsinə və mütəxəssis rəyinin olmasına baxmayaraq, yenidən mütəxəssis rəyinin alınması üçün qərar qəbul edir. Bunun üçün isə işdə maraqlı şəxs olan 4 saylı Abşeron ərazi İdarəsinə müraciət edir. O da öz növbəsində bu qətnamənin icra edilməməsi üçün öz bildiyi qaydada rəy verir. Məsələ hər dəfə icra məmuru tərəfindən süni uzadılaraq məhkəmə qərarının icra edilməməsi qənaətinə gəlinməsi üçün torpaq sahəsinin müəvyən edilməsi məqsədilə mütəxəssis rəyi əldə etmək üçün Azərbaycan Abşeron Ərazi İdarəsinə müraciət edir. Qeyd edilməlidir ki, həmin qurum məhkəmə işində maraqlı şəxs qismində iştirak edib və çıxarılmış hüquqverici sənədlərin qanunsuz olmasında onlarında əməyi vardır. Digər tərəfdən isə bu iddia tələbi ilə bağlı məhkəmə qərardadı əsasında məhkəmə ekspertizası keçirilmiş və qətnamə qəbul edilmişdir. Hansı əsasda və qaııunvericliyə istinad olunaraq icra məmuru qüvvəyə minmiş qətnamə tərəfindən müəyyən edilən torpaq sahəsini yenidən müəyyən etmək üçün mütəxəssis rəyinə müraciət edir. Məhkəmə tərəfindən iddia tələbi əsasında baxılan mülki işdə ünvanı, ərazisi, sahəsi, sahənin ölçüsü (ilkin və sonrakı) bəlli olduğundan qətnamə qəbul edilmişdir. İcra məmuru mütəxəssisin otağında borclu və mütəxəssislə birgə kompyuter vasitəsi ilə həllini tapmış torpaq sahəsinə baxaraq bu torpağın olmadığını bildirir. Belə ki, ilkin məhkəmə prosesində torpaq üzərində həbs olduğu halda borclu torpaq sahəsini genişləndirmişdir. Bütün bu hallar həm məhkəmə ekspertiza rəyində və məhkəmə qətnaməsində göstərilmişdir. 10 sot torpaq sahəsi 11 sot olduğunu və mübahisəli torpaq sahəsini müəyyən edə bilmədiyini bildirməklə icra məmuru maraqlı şəxsin mütəxəssisinə istinad edərək, borclunun xeyrinə məsələni icra etməyə çalışır. Sonuncu dəfə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisin otağında əvvəcədən ona təqdim edilmiş idarənin əvvəlki cavab məktubuna baxaraq, məsələni araşdırmadan mübahisəli torpaq sahəsinə kompyuterdə baxaraq bıı torpaq sahəsinin burada olmaması qənaətinə gəlmişdir. Məsələ ilə bağlı mütəxəssislə və borcluyla yaranmış mübahisəyə, icra məmurunun prosesi düzgün aparmadığına görə nümayəndələri idarəni tərk etmişdir. Qevd olunmalıdır ki, qətnamədə 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə qoyulduğundan idarə bu qətnaməni icra etməmək üçün hər vəclə çalışır. Bu işdə də ona Maraqlı şəxs1 köməklik göstərir. Göstərilən məsələdən sonra icra məmuru akt tərtib etsə də, eyni zamanda mütəxəssisin gəldiyi nəticə ilə bağlı rəyi də, həmin aktı Masazır bələdiyyəsinə təqdim etməmişdir. xx.xx.2022-ci il tarixdə isə “icra edilməyən və qismən icra edilə icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” qərar qəbul edir. Bu qərarı da Masazır bələdiyyəsinə rəsmi təqdim etməyərək işi məhkəməyə göndərir. Yalnız Masazır bələdiyyəsinin rəsmi müraciətindən sonra bu qərar bələdiyyəyə xx.xx.2022-ci il tarixdə təqdim edilir. Masazır bələdiyyəsi bu qərarın olmasını Şuşa Rayon Məhkəməsindən daxil olmuş məhkəmə bildirişindən bilir. Cavabdeh Borclu 10 ha torpaq sahəsi üzərində qadağaların qoyulması barədə Şuşa rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadının ləğvi ilə bağlıdır. Bu baxımdan Maraqlı şəxs1 icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə əsasən icra sənədi mümkün olmadıqda icra sənədi məhkəməyə qaytarıla bilər. Bu halda isə Masazır bələdiyyəsinə münasibətdə icra sənədinin icra edilməsinə ınane olan heç bir hal yoxdur. Qeyd etmək istərdi ki, məsələ ilə bağlı Sumqayıt Apelyasiya məhkəməsinə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarının ləğvi ilə bağlı şikayət verilmiş və şikayətə xx.xx.2022-ci il tarixdə baxılaraq. Abşeron rayon məhkəməsinə şikayət verilməsi bildirilmişdir. Məsələ ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət olunmuş, hakim Məlahət Abbasova tərəfindən baxılaraq 8(012)-597/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək Masazır bələdiyyəsinin şikayəti təmin olunmuşdur. Lakin sonradan borclu tərəf şikayət vermiş və hakim müddəti bərpa edərək. 8(012)-507/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edərək, 8(012)-292/2023 saylı, xx.xx.2023-cii il tarixli şikayətin tələbkara geri qaytarılması ilə bağlı yeni qərardad qəbul etmiş və tələblə bağlı aidiyyəti üzrə işə ilkin olaraq baxmış Şuşa rayon məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Həmin qərardaddan Masazır bələdiyyəsinin verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiva məhkəməsinin 8(105)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Masazır Bələdiyyəsi istər Şuşa Rayon Məhkəməsinə, istər Sumqayit Apellyasiya Məhkəməsinə, istərsə də Abşeron Rayon Məhkəməsinə verdiyi şikayətlərində əsas sənədi qəsdən və bilərəkdən gizlədərək məhkəmələri aldatmışdır. Şikayətdən də görünür ki, qeyd etdikləri yalan və ifiradan başqa bir şey deyildir. İcra sənədinin icrası ilə bağlı icra məmurları tərəfindən bir neçə dəfə məcburi icra təyin olunmuşdur. Bu təyinatlardan biri xx.xx.2020-ci il tarixində təyin edilmiş, lakin tələbkar Masazır Bələdiyyəsinin nümayəndəsi X5, DƏDRX-nin nümayəndələrinin, borclu olaraq özünün iştirakı ilə baxış keçirilsə də, mübahisəli torpaq sahəsinə bitişik uzunluğu 18 m., eni 28.55 m. olan torpaq sahəsi aşkar edilməmiş və tərəflərin iştirakı ilə yerində akt tərtib edilmişdir. Yenə də xx.xx.2021-ci il tarixində icra məmuru Kənan Abdullayevin, köməkçisi Şəhriyar Abdullayevin, Zaur Quliyevin tələbkarın nümayəndəsi Yaqub Hüseynovun, DƏDRX-nin nümayəndəsinin və onun iştirakı ilə məcburi icra təyin olunmuş, lakin mübahisəli torpaq sahəsi aşkar edilməmiş və tərəflərin iştirakı ilə yerində akt yazılaraq iştirak edən nümayəndələr tərəfindən və Bələdiyyənin nümayəndəsi Yaqub Hüseynov tərəfindən imzalanmışdır. Masazır Bələdiyyəsi ərizəsində göstərir ki, icra məmurunun xx.xx.2022-cil tarixli qərardadı onlara təqdim olunmamışdır. Halbuki, həmin qərardad xx.xx.2022-ci il tarixində Masazır Bələdiyyəsinin ümumi şöbəsinə təqdim edilmiş və məsul şəxs tərəfindən qəbul edilərək qeydə alınmışdır. Həmin sənədi Masızır Bələdiyyəsi qəsdən və bilərəkdən məhkəmələrdən gizlədərək çirkin əməllərini yenidən həyata keçirtmək istəyir. Halbuki, həmin qərardaddan şikayət müddəti 10 gün müəyyən edilmişdir. Bu baxımdan da şikayət müddəti ötürülmüşdür. Şikayət müddətinin ötürülməsini gizlətmək məqsədi ilə mülki işə əlavə olunmuş sənədlərin siyahısına Masazır Bələdiyyəsi tərəfindən Abşeron İcra və Probasiya Şöbəsinin qərarının xx.xx.2022-ci il tarixdə alınmasına aid Bələdiyyənin səlahiyyətli şəxsi tərəfindən imza etməklə, qərara alınma tarixi göstərilən qəbz daxil edilməmişdir. Belə ki, Masazır Bələdiyyəsi tərəfindən hazırda mahiyyətcə mübahisələndirmək istədiyi xx.xx.2022-ci il tarixli Qərar xx.xx.2022-ci il tarixdə hüquqi şəxsə təqdim edilmişdir. Bu hüquqi əhəmiyyətli fakt Masazır Bələdiyyəsi tərəfindən mübahisələndirilən qərardan şikayət müddətinin ötürülməsini təsdiq edən açıq faktdır. Hesab edir ki, məhkəmə müddətin ötürülməsinə aid prosessual normaları nəzərə alaraq verilmiş şikayəti təmin etməməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, Abşeron rayon Masazir Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi 1993-ci ildən istifadəsindədir. Həmin torpaq yerli idaraetmə yaranandan əvvəl Quşçuluq Sənayesinə məxsus dövlət torpağı olmuşdur. Həmin istinad edilən torpaq sahəsinin də hazırda yaşadığı 22 sot torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Bu qeyd edilmiş əsaslar Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində təsdiqini tapmışdır. Bundan Masazır rayon Bələdiyyəsi birmənalı olaraq, mülki hüquqlardan sui-istifadə yolu tutmuşdur. Hamıya bəllidir ki, Azərbaycan Respublikasında yerli özünüidarə orqanlarının yaranması 1999-2000-ci illərdə təşəkkül tapmışdır. 30 ildən yuxarı sahibliyində və istifadəsində olan bu torpaq sahəsi həm Bələdiyyədən olan torpaq sahəsidir, həm də Bələdiyyə orqanları təşəkkül tapmamışdan qabaq icra hakimiyyəti orqanları tərəfindən ayrılmış əraziyə aiddir. Növbəti əsas odur ki, mülki mübahisələrin baxılmasının həllinin tətbiq edilməsinin əsas qanun, AR Mülki Məcəlləsi sayılır. Qanunvericilik aktlarının təsnifatına baxıldıqda görünür ki, AR MM-nin, o cümlədən Bələdiyyələrlə bağlı hissədə qəbul olunmuş normativ hüquqi aktların 1993-cü ilə yaranmış münasibətlərə şamil edilməsinə “Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu icazə vermir. Eyni zamanda AR Mülki Məcəlləsinnin Bələdiyyənin fəaliyyətinin tənzimlənmə hissəsi bu qanunvericiliyinin 1993-cü ildə yaranan münasibətlərə geriyə şamil edilməsinə yol vermir. Belə mübahisələndirilən torpaq sahəsinin olduğu ərazilər Masazır Bələdiyyəsinə verilsə belə, ona qədər icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların sahibliyinə verilmiş həyətyanı torpaq sahələrinə Masazır Bələdiyyəsinin müdaxilə edilməsini AR Konstitusiyası, AR Mülki Məcəlləsi, AR Torpaq Məcəlləsi (1999), “AR Torpaq islahatı haqqında Qanun” icazə vermir. Onu da qeyd edir ki, ləğv edilən qərarın mübahisələndirilməsi müddəti Masazır Bələdiyyəsi tərəfindən buraxılmış, qərardaddan şikayət müddəti də ötürülmüşdür. Bunun üçtində işdə kifayət qədər sübutlar və əsaslar vardır. Məhkəmə iclasında iştirak edən tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X8 şikayət ərizəsini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Maraqlı şəxs1 icra məmuru X4 izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən də göründüyü kimi, birinci növbədə, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən “Dövlət Torpağının və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilməli, DƏDRXnin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməli, daha sonra, Maraqlı şəxs1 tərəfindən zəbt olunmuş torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməlidir. Lakin, icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixə tərəflərin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin mütəxəssislərinin və hal şahidlərinin iştirakı ilə mübahisəli əraziyə icra təyin edilmiş və icra sənədində qeyd edilən mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin koordinatlarını, sərhəddini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli məktublarında da həmin torpaq sahəsini elektron kadastr bazasında təyin etməyin mümkün olmadığı bildirilmişdir. Həmin idarənin xx.xx.2022-ci il tarixli məktubunda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına dair məsələlərin həllinin yalnız müstəqil iddia qaydasında mümkün olduğu, hazırkı iş üzrə icra sənədinin icrasının mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən icra sənədinin icrasının mümkün olunmadığı məlum olmuş və “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2020-ci il tarixli qərarla icra sənədi məhkəməyə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı icra məmurları tərəfindən bir neçə dəfə məcburi icra təyin olunmuşdur. Bu təyinatlardan biri xx.xx.2020-ci il tarixində təyin edilmiş, lakin tələbkar Masazır Bələdiyyəsinin nümayəndəsi X5, DƏDRX-nin nümayəndələrinin, borclu olaraq özünün iştirakı ilə baxış keçirilsə də, mübahisəli torpaq sahəsinə bitişik uzunluğu 18 m., eni 28.55 m. olan torpaq sahəsi aşkar edilməmiş və tərəflərin iştirakı ilə yerində akt tərtib edilmişdir. Yenə də xx.xx.2021-ci il tarixində icra məmuru Kənan Abdullayevin, köməkçisi Şəhriyar Abdullayevin, Zaur Quliyevin tələbkarın nümayəndəsi Yaqub Hüseynovun, DƏDRX-nin nümayəndəsinin və onun iştirakı ilə məcburi icra təyin olunmuş, lakin mübahisəli torpaq sahəsi aşkar edilməmiş və tərəflərin iştirakı ilə yerində akt yazılaraq iştirak edən nümayəndələr tərəfindən və Bələdiyyənin nümayəndəsi Yaqub Hüseynov tərəfindən imzalanmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Abşeron rayon Masazir Bələdiyyəsi tərəfindən mübahisələndirilən torpaq sahəsi 1993-ci ildən istifadəsindədir. Həmin torpaq yerli idaraetmə yaranandan əvvəl Quşçuluq Sənayesinə məxsus dövlət torpağı olmuşdur. Həmin istinad edilən torpaq sahəsinin də hazırda yaşadığı 22 sot torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Bu qeyd edilmiş əsaslar Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində təsdiqini tapmışdır. Masazır rayon Bələdiyyəsi birmənalı olaraq, mülki hüquqlardan sui-istifadə yolu tutmuşdur. Bir daha qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsi Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, onun ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilmişdir. Hazırda hətta məhkəmə yenidən Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarını ləğv edib, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərar qəbul etsə belə, əvvəlki 5 dəfəsində olduğu kimi, bu dəfə də icra sənədinin icrası mümkün olmayacaqdır. Çünki, mübahisəli torpaq sahəsinin yerinin müəyyən edilə bilməməsi barədə müvafiq qurumlar tərəfindən dəfələrlə mütəxəssis rəyləri də verilmişdir. Göstərilənlərə əsasən, qərardan verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1nə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədinin surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsi mübahisə predmetinə dair müstəil tələb irəli sürən üçüncü şəxs Masazır Bələdiyyəsinin cavabdehlər X7 və Borclu qarşı “DT və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi N.M.Məmmədova verilmiş yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, yer planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün yenidən hazırlanmasının DT və XK-nin Abşeron rayon Şöbəsinə həvalə olunması, habelə Borclu verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışa düzəliş edilməsininin DƏDRX-nin Abşeron Ərazi idarəsinə həvalə olunması barədə iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qətnamə Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməli, Masazır bələdiyyəsinin iddiası bu hissədə təmin olunmalı, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsi Masazır Bələdiyyəsinə qaytarılmalıdır. Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-1/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2020-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin olunaraq, qərar ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)- 1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar tədbirlərin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Maraqlı şəxs1nə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma nəticəsində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evlərinin və həmin evlərin yerləşdiyi 0.0844 ha torpaq sahəsinin başqa fiziki şəxslərin adlarına mülkiyyət hüququ üzrə daşınmaz ımlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Belə ki, X2 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 584 nömrəli sərəncamına əsasən Masazır kəndi, Füzuli küçəsi ərazisində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********27 reyestr nömrəli çıxarış əldə etmiş, alqı-satqı müqaviləsinə əsasən 0.04 ha olan hissəsini X14, qalan 0.044 ha hissəsini isə X1. Hər iki şəxs qeyd olunan torpaq sahələrinə və üzərində yerləşən fərdi yaşayış evlərinə dair çıxarışlar əldə etmişdirlər. Qeyd edilənləri nəzərə alaraq, qətnamənin icrasına izah verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə, müraciətdə qaldırılan məsələ qətnamənin məzmununa izah vermə çərçivəsindən kənara çıxdığından və bu məsələlərin həlli yalnız müstəqil iddia qaydasında mümkün olduğundan, ərizə təmin edilməmişdir. Beləliklə də, qətnamənin icrası mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədinin birinci hissəsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin şöbəyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktuba əsasən, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli məktublarına görə ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin və yaşayış evlərinin digər fiziki şəxslərin adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alındığı müəyyən edildiyindən və sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair Borclu adına plan və ölçünün tərtib edilməsi həmin şəxslərin hüquq və qanunla qorunan maraqlarına toxunacağından Xidmət tərəfindən icra sənədinin icrasının mümkün olmadığı məlum olmuşdur. İcra sənədinin ikinci hissəsi olan, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsi Masazır Bələdiyyəsinə qaytarılması ilə bağlı bir neçə dəfə məcburi icra təyin edilmiş, son təyiinat xx.xx.2020-ci il tarixə təyin olunmuş, lakin, Masazır Bələdiyyəsinin nümayəndəsi X5iştirakı ilə həmin əraziyə baxış keçirilsə də, mübahisəli torpaq sahəsinə bitişik torpaq sahəsi aşkar edilməmiş, bu barədə fotoşəkillər və akt tərtib olunaraq icra sənədinə əlavə olunmuşdur. Bundan sonra icra sənədi icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-1/2021 saylı qərardadı ilə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə tərəflərin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri və hal şahidlərinin iştirakı ilə mübahisəli əraziyə icra təyin edilmiş və icra sənədində qeyd edilən mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin koordinatlarını, sərhədini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarizli məktublarında da həmin torpaq sahəsinin elektron kadastr bazasında təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Həmin İdarənin xx.xx.2022-ci il tarixli məktubunda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədinin icrasına dair məsələlərin həllinin yalnız müstəqil iddia qaydasında mümkün olduğu, hazırki iş üzrə icra sənədinin icrasının mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsi rəhbər tutularaq icra sənədi məhkəməyə qaytarılmışdır. Məhkəmə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərlə razılaşmır və qeyd edir ki:

1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2012-ci il tarixli, 19751 saylı ekspert rəyindən görünür ki, mülkiyyət hüququ ilə Borclu məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən torpaq sahəsi Masazır Bələdiyyəsinin mülkiyyətinə aiddir.

2. X11 ilə X16 arasında 12,2 kv.metr yaşayış sahəsi olan tikilinin notarial alqı-saqtı müqaviləsində həmin tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsinin ölçülərinin hasarın içərisində yol tərəfdən 23 metr, arxa tərəfdən 27 metr, sol və sağ tərəfdən 54 metr, Masazır qəsəbəsi, ünvan 3 evlərin arasında iki yerə bölünmüş cəmi ölçüsü 0,0847 ha təşkil edir, (eni yol tərəfdən 28,2 metr, qarşı tərəfdən 27,6 metr, uzunluğu 32 və 29 metr). Həmin sahədən bir qədər kənarda yerləşdiyi ərazidə olan torpaq sahəsinin mülkiyyət hüququ ilə Borclu məxsus olan Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən torpaq sahəsinin sahəsi 0,123 ha (ölçüləri yol tərəfdən 32,82 metr, qarşı tərəfdən 28,12 metr, uzunlu 39 və 41,9 metrdir) ilə üstə-üstə düşmür.

3. Mülkiyyət hüququ ilə Borclu məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən torpaq sahəsi ilə ünvan 3 evlərin yerləşdiyi ərazidə torpaq sahəsi arasında olan (uzunluğu 18 metr, eni 28,55 metr olan daş hasara alınmış) torpaq sahəsinin ölçüləri hal-hazırda uzunluğu bir tərəfdən 41,94 metr, digər tərəfdən 43,10 metr, eni evlər tərəfdən 27,60 metr, qarşı tərəfdən 28,12 metr, cəmi sahəsi 0,1186 ha olmaqla Masazır Bələdiyyəsinin mülkiyyətinə aiddir. Göründüyü kimi, Masazır Bələdiyyəsinə təhvil verilməsi göstərilən torpaq sahəsinin yerləşdiyi sahə iş materiallarında olan ekspert rəyi ilə müəyyən edilir. Həmçinin, ekspert rəyinə əlavə edilmiş sxemdə də qeyd edilən torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilmişdir. Bununla da, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Masazır Bələdiyyəsinə qaytarılmalı torpaq sahəsinin yerləşdiyi sahə və yer müəyyən olunduğu halda, torpaq sahəsinin yerinin müəyyən edilməməsi əsası ilə icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun gəldiyi nəticə əsassız olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlarittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilmesinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun eyni hüquqi möbqeyi ““icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 17 oktyabr 2017-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, İcra xidmətinin icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə qərarlarının icrası ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq, belə nəticəyə gəlir ki, məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin əsasında verilmiş icra sənədinin icrasını mümkünsüz edən heç bir hal aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Maraqlı şəxs1 “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı, icra sənədinin icrası ilə bağlı tədbirlər davam etdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Tələbkar Abşeron rayon Masazır Bələdiyyəsinin şikayəti təmin edilsin. Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi icra üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar