Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-1/2025 03.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1 borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-12/23 saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-116/2022 saylı icra sənədi üzrə Borclu məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3 təqdimatla məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)- 116/2022 saylı icra sənədi üzrə borc ödənildiyindən, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(077)-12/23 saylı qərardadının ləğv edilərək, Borclu məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat vermiş şəxsə təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, borclu tərəfindən icra sənədi üzrə borc ödənildiyindən, təqdimat təmin edilməli və borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-116/2022 saylı icra sənədinə əsasən borclular X2 və Borclu müştərək qaydada 5345,81 manat məbləğində borc və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-12/23 saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-116/2022 saylı icra sənədi üzrə Borclu məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 078637 saylı məktuba əsasən, Tələbkar "xxxx" QSC Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-116/2022 saylı icra sənədi üzrə borcun tam ödənildiyini göstərmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-12/23 saylı qərardadı ləğv edilsin və Borclu məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Şuşa rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Agcabədi rayon şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №8(077)-1/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-1/2025
03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver