Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-10/2022 22.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 iclas katibliyi ilə, X1 və X9 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-100/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclular X13,X10 və X7 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-100/2022 saylı qətnaməsinə əsasən, Tələbkar QSC ilə cavabdeh X13 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin ləğv edilməsi,cavabdehlər X8,X4 və X2 müştərək qaydada 11752,19 manat məbləğində əsas borc,127,79 manat məbləğində faiz borcu,117 manat məbləğində cərimə borcu olmaqla,cəmi 11996,98 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda borclular X13,X10 və X7 ərizə ilə məhkəməyə müraciət edərək,Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-100/2022 saylı qətnaməsinin icrası üsulunun dəyişdirilərək,həmin borcun hər ay 300 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.Ərizə onunla əsaslandırılmışdır ki,borclular qeyd edilən məbləği ödəməkdən boyun qaçırmırlar,lakin hazırda şəxsi işlərində yaranmış ciddi problemlər ilə bağlı və digər öhdəliklərinin olması ilə əlaqədar həmin məbləğin tam ödənilməsi onlara çətinlik törədir.Ona görə də,qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən borclu X13 izahat verərək bildirdi ki,bankdan kredit götürdükdən sonra saxladığı mal-qara tələf olmuş,ona görə də,maddi vəziyyəti xeyli dərəcədə pisləşmişdir.Hazırda şəkər xəstəsidir və aldığı aylıq təqaüdü yalnız müalicəsinə kifayət edir.Lakin yenə də banka olan borcunu ödəməkdən imtina etmir və zaminləri ilə birgə hər ay 300 manat ödəyə bilər. Məhkəmə iclasında iştirak edən borclu X10 izahat verərək bildirdi ki,zamin durduğu şəxs X13 onun qardaşıdır.Hazırda onun və qardaşının maddi vəziyyəti çox pisdir,ona görə də,borcu birdəfəlik ödəyə bilmirlər.Özü 2-ci qrup əlildir və başqa qazanc yeri yoxdur.Lakin yenə də hər ay qardaşına müəyyən məbləğ kömək etməklə borcu hissə-hissə ödəyə bilərlər. Tələbkar QSC-nin,Şuşa rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri və digər borclu X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə,Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın,Şuşa rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin və digər borclu X3 iştirakı olmadan baxılmasını mümkün saymışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə,borcluların izahatını dinləyərək,ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki,iş materialları araşdırılaraq müəyyən edilmişdir ki,Tələbkar QSC-nin xeyrinə borclular X8,X4 və X2 müştərək qaydada 11996,98 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir.Hazırda məhkəmə borcluların maddi vəziyyətini,qazancı və iş yerlərinin olmamasını nəzərə alaraq onların öhdəliklərinin hissə-hissə icra edilməsi qətnamənin icra olunmasının yeganə forması olduğundan ərizə təmin edilməli,Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)- 100/2022 saylı qətnaməsi borclular X13,X10 və X7 tərəfindən hər ay 300 manat olmaqla hissə-hissə icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231,263,267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-100/2022 saylı qətnaməsi borclular X13,X10 və X7 tərəfindən hər ay 300 (üç yüz) manat olmaqla hissə-hissə icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-10/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-10/2022
22.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver