Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-11/2022 29.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, Borclu iştirakı ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-225/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X3 təqdimatla məhkəməyə müraciət edərək,Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)- 225/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məhkəmə qərarı tam icra olunana qədər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-225/2022 saylı icra sənədinə əsasən Borclu 2169 manat məbləğində borc və 41,69 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Şuşa rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul edilərək,qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş,icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir.Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır.Ona görə də,icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Borclu təqdimatın təmin edilməməsini xahiş etdi və bildirdi ki,o, Tələbkar MMC-yə olan borcunu hissə-hissə ödəyir.Hazırda borcunu ödəməkdən imtina etmir,lakin maddi vəziyyəti və sağlamlığında olan problemlər borcunu birdəfəlik ödəməyə imkan vermədiyindən hissə-hissə ödənişlər edir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tələbkarın və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları,əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Normanın məzmunundan göründüyü kimi, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur.Qeyd olunan xüsusatlar onu təsdiq edir ki, hal-hazırda icra sənədi üzrə normada nəzərdə tutulduğu kimi “üzrsüz səbəbdən icra edilməmə” halı mövcud deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2- N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbədən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün təbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Lakin hazırkı iş üzrə icra məmuru tərəfindən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması barədə yoxlama cavabı mövcud deyildir. Məhkəmə hesab edir ki,təqdimatda icra məmuru tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa,borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hər hansı bir əsas göstərilmədiyindən,həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmadığından Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq deyildir.Bu səbəbdən Şuşa rayon icra və probasiya şöbəsinin rəisi Vaqif Hüseynovun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-225/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şuşa rayon icra və probasiya şöbəsinin rəisi Vaqif Hüseynovun təqdimatı təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi vəya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-11/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-11/2022
29.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver