Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-11/2023 26.09.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Maraqlı şəxs böyük icra məmuru X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-99/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından X4 Famil qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 Famil qızı Maraqlı şəxs böyük icra məmuru X1 icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, həmin qərarda əsas kimi icra məmuru guya icra sənədində göstərilən tələbi təmin etməkdən yayınması barədə qeyd olunsa da, bunu təsdiq edən heç bir dəlil sübut göstərilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxaraq Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüquqlarımızı kobud şəkildə pozmuşdur. Ona görə də, ədalətin təntənəsi naminə məhkəmənin bu qanunsuz qərarından apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti vermişdir. Lakin, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Ona görə də iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-99/2022 saylı qətnaməsinin icrası üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-99/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Şükürova Vəfa Famil qızına qarşı “əmlakın açıq hərracdan satılması tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflərin ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7A,42 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq pulun 1/2 hissəsinin Tələbkar və 1/2 hissəsinin Şükürova Vəfa Famil qızına verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Şükürova Vəfa Famil qızı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-705/2023 saylı qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində elektron kabinet və vəkil vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti vermək hüququ tərəflərə izah olunmuşdur. Şikayətə əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-99/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs böyük icra məmuru X1 icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan müəyyən olunmuşdur ki, 2(077)-99/2022 saylı mülki iş üzrə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsının icraatına daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə görə, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında işin həqiqi hallarıı və işin digər materialları Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-99/2022 saylı qətnaməsinin qanuni qüvvəsini alması, onun əsasında verilmş icra vərəqəsinin xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs böyük icra məmuru X1 icraatına daxil olması və həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilməsi müəyyən olunmuşdur. İcra sənədi üzrə X4 Famil qızı icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktından verilmiş kassasiya şikayətinin müvafiq məhkəmənin icraatına qəbul olunduğunu göstərsə də, bu barədə şikayətinə heç bir sübut əlavə etməmişdir. Həmçinin, həmin iş üzrə kassasiya məhkəməsinin icraatında kassasiya şikayətinin olmadığı müəyyən olunmuşdur. Hazırki şikayətin heç bir qanuni əsasının olmaması, əksinə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)- 99/2022 saylı icra sənədi üzrə icraat aparılarkən və müvafiq qərarlar qəbul olunarkən icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması təsdiq olunmuşdur. X4 Famil qızı qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, şikayətini əsaslandırılması üçün tərəfindən heç bir qanuni sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət əsassız hesab edilməli və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Maraqlı şəxs böyük icra məmuru X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-99/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından X4 Famil qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №8(077)-11/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-11/2023
26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver