Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-12/2022 20.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, Borclu iştirakı ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarından Tələbkar ASC tərəfindən verilmiş “müddətin ötürülməmiş hesab edilməsi”nə dair ərizəsinə və şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin 2(077)-439/18 saylı 27 iyul 2018-ci il tarixli məhkəmə əmri icra olunması üçün Şuşa Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şuşa rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-439/2018 nömrəli,xx.xx.2018-ci il tarixli icra sənədinə xitam vermişdir. Hazırda tələbkar "xxxx" ASC Şuşa rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarından “müddətin ötürülməmiş hesab edilməsi”nə dair ərizə və şikayətlə məhkəməyə müraciət etmişdir.Ərizə və şikayət onunla əsaslandırılmışdır ki, Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2019-cu il tarixli qərarla Şuşa Rayon Məhkəməsinin 2(077)-439/2018 nömrəli,xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam vermiş və tərəflərə təqdim olunması üçün 182760/2018-100-2 saylı,xx.xx.2019-cu il tarixli məktub tərtib olunmuş,lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır.Qeyd edilən qərarın qəbul olunması əsas kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli,551 nömrəli Fərmanından irəli gələn tələblər qeyd olunmuşdur.Lakin göstərilən Fərmanın və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı,27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələbləri nəzərə alınmamışdır.Belə ki,adı çəkilən Fərmanın 6.2-ci bəndinə əsasən Fərmanın qəbul olunduğu tarixdən bir ay müddətində fiziki şəxslərin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərinin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasının təmin etməsi banklara həvalə olunmuşdur.Həmçinin qeyd edilən Qaydanın 6.3-cü bəndi üzrə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanılmalı olduğu müəyyənləşdirilmişdir.Tələbkar "xxxx" ASC tərəfindən Şuşa Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli,135000/4158 saylı məktubla yuxarıda qeyd edilən fərmanın təsir dairəsinə düşmüş və Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan borcluların siyahısı barədə məlumat verilmiş,yalnız X1 güzəştli kredit müqaviləsi bağlamaqla Şuşa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2(077)-176/2017 saylı məhkəmə əmri üzrə borcun ödənildiyi bildirilmişdir.Hazırda Şuşa Rayon Məhkəməsinin 2(077)-439/18 saylı 27 iyul 2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu banka 2590,71 manat borcu vardır.Ona görə də, Şuşa Rayon İcra və Probasiya Şöbəsinin xitam qərarı hazırkı vaxtadək tələbkara təqdim edilmədiyindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsini və Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki,tələbkar "xxxx" ASCyə olan borcunu hazırkı vaxtadək tam olaraq ödəyib qutarmamış və borcu qalmışdır.Lakin borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar "xxxx" ASC-nin və Şuşa Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki,qərardan şikayət verilmə müddəti ötürülməmiş hesab edilməli və Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə;20.1.5. icra sənədi tam icra olunduqda xitam verilir: 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə borclunun izahatını dinləyib,şikayətə və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki,şikayətdə göstərilən dəlillər əsaslıdır.Belə ki, iş materiallarından məlum olur ki,tələbkar "xxxx" ASC-nin Şuşa Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli,135000/4158 saylı məktubda Borclu borcunu tam ödəməsini deyil,onun barəsində güzəştli kredit müqaviləsi tətbiq ediləcəyi bildirilmişdir.Odur ki,Şuşa Rayon İcra və Probasiya Şöbəsinin qərarı tələbkara vaxtında təqdim edilmədiyi sübut olunduğundan tələbkarın qərardan şikayət vermə müddəti ötürülməmiş hesab edilməli,Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC tərəfindən Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarından şikayət vermə müddəti ötürülməmiş hesab edilsin və şikayəti təmin edilsin. Şuşa Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilsin və icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardadın surəti təqdim edildiyi vəya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-12/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-12/2022
20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver