Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-12/2023 10.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1 borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3 təqdimatla məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)- 116/2022 saylı icra sənədi üzrə Borclu məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-116/2022 saylı icra sənədinə əsasən borclular X2 və Borclu 5345,81 manat məbləğində borc və 70 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə borclulara göndərilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İcra sənədi üzrə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. “Elektron İcra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu mülkiyyətində Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə borclulara, tələbkara və təqdimat vermiş şəxsə təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, borclu tərəfindən icra sənədi uzun müddət icra edilmədiyinə görə təqdimat təmin edilməli və borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-116/2022 saylı icra sənədinə əsasən borclular X2 və Borclu 5345,81 manat məbləğində borc və 70 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti və bildiriş borclulara göndərilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İcra sənədi üzrə başlanılmış icraat zamanı tələb borclular tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. “Elektron İcra” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsi Borclu mülkiyyətindədir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 44, 50.1-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(077)-116/2022 saylı icra sənədi üzrə borclu- xx.xx.1958-ci il tarixdə Əsgəran rayonunda anadan olmuş, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan Borclu məxsus olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0,0835 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Şuşa rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Agcabədi rayon şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-12/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-12/2023
10.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver