Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-13/2023 24.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3754/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3754/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3754/2023 saylı icra sənədinə əsasən Borclu 2933 manat məbləğində borc və 45,60 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu poçt vasitəsi ilə göndərilmiş, həmçinin, imza etdirilərək özünə təqdim edilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, tələb könüllü icra edilmədiyindən, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğu verilsə də, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimat vermiş şəxsə təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata icra sənədi üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3754/2023 saylı icra sənədinə əsasən Borclu 2933 manat məbləğində borc və 45,60 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti və bildiriş Borclu poçt vasitəsi ilə göndərilmiş, həmçinin, imza etdirilərək özünə təqdim edilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, tələb könüllü icra edilməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğu verilsə də, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3754/2023 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3754/2023 saylı icra sənədi üzrə borclu- xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yeni Yasamal 1, bina 9, mənzil 21 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-13/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-13/2023
24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver