Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-14/2025 24.07.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, X2 nümayəndəsi X3 rayon Məhkəməsinin 16(077)-17/2024 saylı 02 dekabr 2024cü il tarixli qərardadının izah edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(077)-17/2024 saylı qərardadına əsasən X6 ərizəsi qismən təmin edilmiş və X6 övladı- xx.xx.2023-cü il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 16:00-dək ünsiyyətdə olma müddəti müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. X1 nümayəndəsi X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(077)-17/2024 saylı qərardadının izah edilməsinə dair ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək qərardadın “ünsiyyət hüququ” ilə bağlı hissəsinin izah olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(077)-17/2024 saylı qərardadına əsasən azyaşlı övladı X9 ilə hər həftənin şənbə 4 saat ünsiyyət hüququna malikdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-25/2025 saylı qətnaməsində də ünsiyyət hüququ tanınmışdır. Borclu tərəfin verdiyi apellyasiya şikayəti ünsiyyət qaydasının müəyyən edilməsi hissəsində qismən dəyişdirilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verməyi planlaşdırır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməmişdir. Lakin bu qərarın icrası zamanı Qusar rayon İcra şöbəsinin icra məmuru X15 Anarın övladı ilə videobağlantı vasitəsilə ünsiyyət yaratmaq cəhdlərini rədd etmiş və bunu həmin qərarda ünsiyyət formasının yəni video bağlantının konkret göstərilməməsi ilə əsaslandırır. Şuşa rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(077)-17/2024 saylı qərardadının “ünsiyyət hüququ” ilə bağlı hissəsinin izahının verilməsini və bu hüququn icrası zamanı videobağlantı (videozəng) vasitəsilə əlaqə qurulmasını xahiş etmişdir Tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnaməyə izah verilməsi məsələsinə borcluların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. İşin materiallarından görünür ki, məhkəmə tərəfindən X6 ərizəsinə hüquqi qiymət verilmişdir. Qanunvericiliyin göstərilən müddəası müvafiq icra sənədinin icrasını onun məzmununu dəyişdirmədən izah etməyi mümkün hesab edir. Lakin, qərardadın izah edilməsi onun mətnində yol verilmiş anlaşılmaz, çətin, mürəkkəb, ziddiyətli və bu kimi ifadələrin aydınlaşdırılmasını nəzərdə tutur və bu zaman qərardadın məzmununa xələl gəlməməlidir. Ərizəçi tərəfindən video bağlantı ilə ünsiyyət qurulmasının mümkün edilməsi tələbi izah kimi qəbul edilməməli məhkəmə aktının məzmununu dəyişdirilməsi hesab edilməlidir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(077)-17/2024 saylı qərardadı üzrə tələbin hansı formada icra olunması tam aydın şəkildə göstəriliyindən, X6 nümayəndəsi X4 ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 nümayəndəsi X4 Şuşa Rayon Məhkəməsinin 16(077)-17/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərardadının izah edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-14/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-14/2025
24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver