Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-15/2022 16.11.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X8, X1 Qaradağ rayon İcra və Probasiya Şöbəsini maraqlı tərəf kimi cəlb etdiyi şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək,Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında 28 fevral 2017-ci il tarixində verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılması və “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, şikayət verənin tələbi qeyri-müəyyən olmaqla şikayət qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şikayət ərizəsindən görünür ki,borclu X3 rayon İcra və Probasiya Şöbəsinin üzərinə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında 28 fevral 2017-ci il tarixində verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını və “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967,buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi,icra üzrə icraatın dayandırılması məsələsi icra məmurunun təqdimatı əsasında həll edilir.Ona görə də,X1 icra üzrə icraatın dayandırılması barədə ərizə verməyə subyektiv hüququ yoxdur. Həmçinin, qeyd edilməlidir ki,borclu şikayət ərizəsində həm icraatın dayandırılmasını,həm də,əmlakın qiymətləndirilməsini xahiş etməsi şikayətin forma və məzmununa uyğun deyil və bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilmişdir.Beləliklə, şikayətin forma və məzmunu MPM-yə uyğun olmadığından, ərizə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Qaradağ rayon İcra və Probasiya Şöbəsini maraqlı tərəf kimi cəlb etdiyi “icraatın dayandırılması və əmlakın qiymətləndirilməsi” barədə şikayət ərizəsi geri qaytarılsın. X2 izah edilsin ki,ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-15/2022
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-15/2022
16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver