Məhkəmə qərarları › İş №8(077)-15/2023

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-15/2023

27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-15/2023 27.11.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X6 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-135/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(077)-111/2023 saylı icra sənədləri üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X4 təqdimatla məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)- 135/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(077)-111/2023 saylı icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Borclu Şuşa Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(077)-135/2022 saylı icra sənədinə əsasən 1584,60 manat borc və 36,51 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-111/2023 saylı icra sənədinə əsasən 4991,09 manat borc və 69,91 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu poçt vasitəsi ilə göndərilmiş, həmçinin, imza etdirilərək özünə təqdim edilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, tələb könüllü icra edilmədiyindən, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğu verilsə də, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında Borclu tərəfindən borcunun bir hissəsinin ödənildiyini göstərmiş və təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, Borclu, Tələbkar1 ASC-nin və təqdimat vermiş şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclunun, tələbkarın və təqdimat vermiş şəxsin nümayəndələrinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-152/2020 saylı icra sənədinə əsasən Borclu Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-135/2022 saylı icra sənədinə əsasən 1584,60 manat borc və 36,51 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-111/2023 saylı icra sənədinə əsasən 4991,09 manat borc və 69,91 manat dövlət rüsumu tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu poçt vasitəsi ilə göndərilmiş, həmçinin, imza etdirilərək özünə təqdim edilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, tələb könüllü icra edilmədiyindən, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğu verilsə də, tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)- 135/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(077)-111/2023 saylı icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(077)-135/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(077)-111/2023 saylı icra sənədləri üzrə borclu- xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar