Məhkəmə qərarları › İş №8(077)-2/2023

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-2/2023

21.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-2/2023 21.02.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi X2 iclas katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 Suşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-193/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq,vməhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X3 təqdimatla məhkəməyə müraciət edərək, Suşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)- 193/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məhkəmə qərarı tam icra olunana qədər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Suşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-193/2021 saylı icra sənədinə əsasən xx.xx.1998-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 2605 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Şuşa Rayon İcra və rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Şuşa rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu qərarın surəti və bildiriş göndərilərək zəruri ilkin icra hərəkətləri aparılsa da, Borclu tərəfindən uzun müddət keçməsinə baxmayaraq tələbin könüllü icrası təmin olunmamışdır.Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə,Borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə borclu,icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tələbkar, icra sənədi üzrə borclu və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Suşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-193/2021 saylı icra sənədinə əsasən Borclu 2605 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.Borclunun ünvanına çağırış və bildiriş göndərilmiş,müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı Borclu dəfələrlə yazılı xəbərdarlıq olunmuşdur. Könüllü icra müddəti başa çatdıqdan sonra borclu yenidən şöbəyə dəvət olunsa da gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, icra sənədi üzrə Borclunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmalıdır «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, Suşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(077)- 193/2021 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1998-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2clu Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar