Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-2/2025 03.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1 borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X2 təqdimatla məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)- 127/2024 saylı icra vərəqəsi üzrə Borclu məxsus “Hyundai Sonata” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-127/2024 saylı icra sənədinə əsasən Borclu 6139,35 manat borc və 81,80 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə Borclu göndərilmiş, tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İcra sənədi üzrə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. Eyni zamanda müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində “Hyundai Sonata” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat vermiş şəxs təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, borclu tərəfindən icra sənədi uzun müddət icra edilmədiyinə görə təqdimat təmin edilməli və borclunun adına qeydiyyatda olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-127/2024 saylı icra sənədinə əsasən Borclu 6139,35 manat borc və 81,80 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 44, 50.1-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-127/2024 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda olan “Hyundai Sonata” minik markalı, **-LR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Şuşa rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №8(077)-2/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-2/2025
03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver