Məhkəmə qərarları › İş №8(077)-24/2024

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-24/2024

08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-24/2024 08.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, borclu Maraqlı şəxs2 nümayəndəsi X2 iştirakı ilə, Qaradağ rayon İcra şöbəsinin rəisi, ədliyyə müşaviri X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı icra sənədinin izah edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı qərardadına əsasən borclu Maraqlı şəxs2 Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının hərəkətsizliyinə dair şikayəti təmin edilərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi öhdəliyinin Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qaradağ rayon İcra şöbəsinin rəisi, ədliyyə müşaviri Azər Paşayev ərizə ilə məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı icra sənədinin izah edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2023 saylı, xx.xx.2023-cü ii tarixii qərardadı əsasında xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı “Shacman SX3315DT406-YÜK” yük markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. İcra sənədini icra etmək məqsədi ilə avtomobilin saxlanc yerini müəyyən etmək üçün"xxxx" MMC-yə dəfələrlə məktub göndərilmişdir. Məktuba cavab olaraq "xxxx" MMC avtomobilin 4500 manata metalloma satıldığını bildirmiş, lakin bu barədə heç bir sənəd təqdim etməmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimat Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(002)-84/2024 saylı qərardadı ilə, hazırda icra üzrə icraatda iştirak etməyən 3-cü şəxsin mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması qanuna zidd hesab olunması əsas gətirilərək, təmin edilməmişdir. Beləliklə avtomobilin aşkar edilərək qiymətləndirilməsi baş tutmamışdır. Göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq gələcəkdə icranın hansı qaydada təmin edilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Maraqlı şəxs2 nümayəndəsi X4 icra məmurunun icra sənədinə izah verilməsi barədə ərizəsinin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Qaradağ rayon İcra şöbəsinə və tələbkar "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinin analogiya üzrə tətbiq edərək məhkəmə hesab edir ki, ərizəçinin və tələbkarın nümayəndələrinin gəlməməsi icra sənədinin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(002)-84/2024 saylı qərardadından görünür ki, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7 Rayon Məhkəməsinin 2(077)-844/2016 saylı, xx.xx.2016-cü il tarixli qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə verilmiş icra sənədi üzrə “SHACMAN” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmişdir. Qərardada əsasən, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və ona əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin adına qeydiyyatda olan "Shacman SX3315DT406-yük" markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2017ci il tarixdə təhvil-təslim aktı əsasında qeydiyyatdan çıxarılaraq X1 adına rəsmişləşdirilmiş və avtomobilin dövlət nömrə nişanı dəyişdirilmişdir (**-MA-***), daha sonra həmin nəqliyyat vasitəsi alqı-satqı müqavilələri əsasında müxtəlif tarixlərdə başqa şəxslərin adlarına rəsmiləşdirilmiş, hətta sonuncu dəfə onun üzərində “Yelo Bank" ASC-nin xeyrinə ipoteka yüklülüyü qeydə alınmışdır. Qaradağ rayon İcra şöbəsinin icra məmuru İlkin Məmmədovun xx.xx.2023-cü il tarixli qiymətləndirmənin dəvət olunması haqqında qərarının surətindən görünür ki, borclu Maraqlı şəxs2 məxsus “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsi üçün Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti "xxxx" MMC-dən mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Qərarda qeyd olunmuşdur ki, avtomobil "xxxx" MMC-nin dayanacağındadır. Təqdimatı təmin etməyən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi eyni zamanda göstərmişdir ki, Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından sonra qəbul edilmiş, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına əsasən avtomobilin tələbkarda olduğu həmin dövrdə qiymətləndirmənin hansı səbəbdən həyata keçirilmədiyi də başa düşülən deyildir. Beləliklə, məhkəmə araşdırılması ilə barəsində qiymətləndirilmə aparılmalı olan "Shacman SX3315DT406-yük" markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC tərəfindən metal kimi satılmadığı, xx.xx.2017-ci il tarixdə təhvil-təslim aktı əsasında qeydiyyatdan çıxarılaraq X1 adına rəsmişləşdirildiyi və avtomobilin dövlət nömrə nişanının dəyişdirildiyi (**-MA-***), daha sonra alqı-satqı müqavilələri əsasında müxtəlif tarixlərdə başqa şəxslərin adlarına rəsmiləşdirildiyi, sonuncu dəfə isə onun üzərində “Yelo Bank" ASC-nin xeyrinə ipoteka yüklülüyü qeydə alındığı müəyyən edilmişdir. Qaradağ rayon İcra şöbəsi "Shacman SX3315DT406-yük" markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) **-JS-*** dövlət nömrə nişanlı (hazırda **-MA-*** dövlət nömrə nişanlı, “Yelo Bank" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş) avtomobilin yerinin müəyyən edilərək, qiymətləndirilməsi ilə bağlı icra hərəkətlərinin aparılmasını təmin etmək əvəzinə, qeyd olunan avtomobilin "xxxx" MMC tərəfindən metal kimi 4500 manata satılmasını, bununla da, avtomobilin qiymətləndirilməsinin mümkün olmadığını əsas gətirərək, məhkəmədən gələcəkdə icranın hansı qaydada təmin edilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin müvafiq normalarına əsaslanaraq hesab edir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı icra sənədi aydın olduğundan, icra sənədinə ərizədə göstərilən qaydada izahın verilməsi onun məzmununun dəyişdirilməsi ilə nəticələnə biləcəyindən, Qaradağ rayon İcra şöbəsinin icra sənədinin izah edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini və Azərbaycan Respublikasının MPM-nin 228, 230, 231, 234, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qaradağ rayon İcra şöbəsinin rəisi, ədliyyə müşaviri X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)-1/2023 saylı icra sənədinin izah edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar