Məhkəmə qərarları › İş №8(077)-26/2024

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-26/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-26/2024 20.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X9 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, tələbkarın nümayəndəsi X6, X1 iştirakı ilə, X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(077)-296/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(077)-296/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X4 xx.xx.2020-ci il tarixli 20211138 saylı müqaviləyə əsasən cəmi 775,89 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. X2 Şuşa Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(077)-296/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə hər bir kəsə məlumdur ki, bütün dünyaya yayılan COVİD-19 pandemiyası bir neçə il davam etsə də, həmin zaman xx.xx.2020-ci il tarixli, 20211138 saylı müqavilə üzrə 3337,20 manatdan 2566,31 manat ödəniş etmişdir ki, bu da ödənişdən yayınmamasını göstərir. Lakin son zamanlar maddi çətinliyi ilə əlaqədar ödənişlərin aparılmasında fasilələr yaranmışdır. Məhkəmənin qətnaməsini könüllü ödəməkdən boyun qaçırmır, ancaq göstərilən məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Məhkəmə iclasında X2 ərizədə göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, hər ay 50 manat olmaqla borcunu ödəyə bilər. Odur ki, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X8 izahatında göstərmişdir ki, borclu öhdəliklərini yerinə yetirmədiyindən müvafiq qətnamə qəbul olunmasına baxmayaraq, bundan sonra da heç bir ödəniş edilməmişdir. Ona görə də ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(077)- 296/2024 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh X4 xx.xx.2020-ci il tarixli 20211138 saylı müqaviləyə əsasən cəmi 775,89 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, X2 hazırkı ərizəsində məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsini xahiş etsə də, məhkəməyə borcunu bir dəfəyə ödəmək imkanının olmaması, qətnaməni icra edə bilməməsinin səbəbləri, əmlak vəziyyəti barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, qətnamənin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi onun icrasının qeyri-müəyyən müddətə, təxminən 18 ay müddətinə uzadılmasına gətirib çıxaracaqdır və hazırki halda tələbkarın mövqeyi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hazırda qeyd edilən qətnamənin hissə-hissə icrasına hər hansı əsaslar olmadığını nəzərə alaraq, hesab edir ki, X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(077)-296/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266- 269 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, 2(077)-296/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar