Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-35/2025 26.11.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X1 borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(077)-12/2025 saylı qərardadı ilə təqdimat təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)- 269/2024 saylı icra sənədi üzrə Borclu Oqtay qızının adına qeydiyyatda olan “Kia Rio minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3 təqdimatla məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)- 269/2024 saylı icra sənədi üzrə borc ödənildiyindən, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(077)-12/2025 saylı qərardadının ləğv edilərək, Borclu Oqtay qızının adına qeydiyyatda olan “Kia Rio minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat vermiş şəxsə təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, borclu tərəfindən icra sənədi üzrə borc ödənildiyindən, təqdimat təmin edilməli və borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-269/2024 saylı icra sənədinə əsasən Borclu Oqtay qızından cəmi 13304,57 manat pul tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(077)-12/2025 saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-269/2024 saylı icra sənədi üzrə Borclu Oqtay qızının adına qeydiyyatda olan “Kia Rio minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, BOA-19554 saylı məktuba əsasən, tələbkar "xxxx" KB ASC Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-269/2024 saylı icra sənədi üzrə borcun tam ödənildiyini göstərmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(077)-12/2025 saylı qərardadı ləğv edilsin və Borclu Oqtay qızının adına qeydiyyatda olan “Kia Rio minik” markalı, **-UP- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Şuşa rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün (alındığı vaxtdan) müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(077)-35/2025
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-35/2025
26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver