Məhkəmə qərarları › İş №8(077)-4/2023

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №8(077)-4/2023

09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 8(077)-4/2023 09.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi X2 iclas katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1817/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1817/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1817/2022 saylı icra sənədinə əsasən Borclu 33874,60 manat məbləğində borc tutularaq tələbkar “AZ X7” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Şuşa Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, Borclu qərarın surəti bildirişlə təqdim edilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət təyin edilmişdir. Lakin bu müddət ərzində tələb könüllü icra edilməmişdir. Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Tələbkar “AZ X7” MMC ərizə ilə məhkəməyə müraciət edərək, təqdimata nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə borclu və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə icra sənədi üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1817/2022 saylı icra sənədinə əsasən Borclu 33874,60 manat məbləğində borc tutularaq tələbkar “AZ X7” MMC-nin xeyrinə ödənilməlidir. Müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı Borclu bildiriş göndərilmişdir.Könüllü icra müddəti başa çatdıqdan sonra Borclu icra sənədinin icrasını təmin etməmişdir. Odur ki, icra sənədi üzrə Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmalıdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-1817/2022 saylı icra sənədi üzrə borclu, xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar